20 May 2025 16:43
164
KRİMİNAL

Sabirabadda DƏHŞƏT: 21 yaşlı oğlan yeniyetmə qızı öldürərək Kürə atdı - YENİLƏNİB

Sabirabadda yeniyetmə qızı qətlə yetirərək Kür çayına atan şəxslə bağlı yeni xəbər var.

Adalet.az-ın məlumatına görə, hadisəni törədən 2004-cü il təvəllüdlü Seyidrəsul Talıbzadə polis əməkdaşları tərəfindən saxlanılıb.

Qətlə yetirilən yeniyetmə qızın meyiti isə sudan çıxarılıb.

***

16:09

Sabirabadda qətl hadisəsi baş verib.

Adalet.az xəbər verir ki, hadisə Sabirabad rayonunun Güdəcühür kəndində qeydə alınıb.

Güdəcühür kənd sakini, 2004-cü il təvəllüdlü Talıbzadə Seyidrəsul Mirmöhsün oğlu aralarında yaranmış münaqişə zəminində, qeyri-rəsmi nikahda olduğu, Şirvan şəhər sakini, 2009-cu il təvəllüdlü N.Ə.-ni qətlə yetirib. O, daha sonra meyiti kəndin ərazisində Kür çayına atıb.

Hazırda Kür çayında meyitin axtarışları aparılır.

Faktla bağlı araşdırma gedir.