20 May 2025 18:33
137
DÜNYA

İbrahim Kalın Culani ilə görüşdü

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) başqanı İbrahim Kalın Suriya keçid hökumətinin prezidenti Əhməd əş Şaraa (Culani) ilə görüşüb.

Adalet.az xəbər verir ki, bu barədə “TRT haber” məlumat yayıb.

Türkiyə rəsmisi burada xarici işlər naziri Əsəd Həsən Şeybani və Kəşfiyyat Təşkilatının Suriyadakı rəisi Hüseyn Es-Selame ilə görüşüb.

Görüşdə Türkiyə ilə Suriya arasında ikitərəfli əlaqələr, Suriyanın ərazi bütövlüyü, suverenliyi və siyasi sabitliyinin əhəmiyyəti vurğulanıb.

Həmçinin PKK/YPG və digər terrorçu qrupların silahlarını yerə qoyması və yeni Suriyaya inteqrasiyası, sərhəd təhlükəsizliyi kimi məsələlər müzakirə edilib.

Regional hadisələrin müzakirə edildiyi görüşdə Suriyaya qarşı bütün sanksiyaların aradan qaldırılması, suriyalı qaçqınların könüllü və təhlükəsiz şəkildə ölkələrinə qayıtmaları da müzakirə edilib.