Fransa departamenti genişmiqyaslı kiberhücuma məruz qalıb

Fransanın şimalındakı O-de-Frans departamentinin inzibati orqanlarının işi genişmiqyaslı kiberhücum səbəbindən pozulub.
Adalet.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə departamentin prefekturasının mətbuat xidməti məlumat yayıb.
"Departament genişmiqyaslı kiberhücuma məruz qalıb. Bütün informasiya sistemləri və adi rabitə vasitələri qeyri-müəyyən müddətə deaktiv edilib", - məlumatda bildirilib.