Ermənistanın Putinə dəyişkən münasibəti: Lavrov İrəvanda
jpg-1747737682.jpg)
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun səfəri ərəfəsində İrəvanda etiraz aksiyası keçirilib.
Adalet.az xəbər verir ki, Kiyev körpüsündən Vladimir Putinin şəkli və “qatil” sözləri yazılmış böyük pankart asılıb. Aksiya “Respublika Uğrunda” partiyasının təşəbbüsü ilə keçirilib.
Qeyd edək ki, Rusiya xarici işlər naziri Sergey Lavrov mayın 20-21-də İrəvana işgüzar səfər var. Danışıqlarda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması perspektivləri müzakirə ediləcək.
Bildirilib ki, Respublika Xarici İşlər Nazirliyinin rəhbərinin İrəvanda erməni həmkarı Ararat Mirzoyan, Baş nazir Nikol Paşinyan və Prezident Vaaqn Xaçaturyanla danışıqları planlaşdırılır.
Danışıqlarda ikitərəfli əməkdaşlığı, Avrasiya İqtisadi İttifaqı çərçivəsində qarşılıqlı fəaliyyət və beynəlxalq platformalarda, ilk növbədə, BMT-də mövqelərin əlaqələndirilməsini müzakirə edəcəklər. Gündəlikdə həmçinin regional təhlükəsizlik, o cümlədən Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətlərinin normallaşması perspektivləri də var.
Xatırladaq ki, 2022-ci ildə Rusiya prezidenti Vladmir Putinin İrəvan şəhərində Kiyev körpüsündə böyük portreti asılmışdı.
Həmin vaxt portretdə “Biz Rusiya ilə birgəyik” sözləri yazılmışdı.
P.S."Putin"in asıldığı körpünün də adı bir başqa təhqirdir, haa...
Əntiqə Rəşid