Şabrandakı yanğının söndürülməsinə amfibiya təyyarəsi də cəlb olundu

Şabran rayonunda baş vermiş yanğının söndürülməsi tədbirləri davam etdirilir.
Adalet.az xəbər verir ki, hazırda rayonun Zörhamı kəndində güclü küləklə müşayiət olunan yanğının operativ söndürülməsi işlərinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE 200 ÇS” amfibiya təyyarəsi də cəlb olunub.
Qeyd edək ki, dünən günorta saatlarından etibarən Şabran rayonunda baş vermis yanğınların söndürülməsində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Şimal Regional Mərkəzinin qüvvələri, o cümlədən Nazirliyin Aviasiya dəstəsinin helikopteri iştirak edir.
Digər Xəbərlər

Mövqelərimiz ATƏŞƏ TUTULDU

Tərtər çayında boğulan yeniyetmənin meyiti TAPILDI

Bakıda məşhur şadlıq sarayları cərimələndi

Sumqayıtda partlayış - Bir nəfər yaralandı

Azərbaycanda övladlığa götürülən qız anasını evdən çıxardı - VİDEO

Hacıqabulda ərazilərin sudan təmizlənməsi davam etdirilir - VİDEO

Hacıqabulda selin apardığı velosipedçini polis ölümdən qurtardı - VİDEO
