27 Noyabr 2023 11:46
830
HADİSƏ

Sabunçuda işıqlar yanmır?...

Sabunçu qəsəbəsində  elektrikin kəsilməsi ilə bağlı rədaksiyamıza məlumat daxil olub.

Adalet.az-ın aldığı məlumata görə, Sabunçu qəsəbəsi Y.Saratov  11- 15 ünvanında  günorta saatlarında işıqlar sönüb. Sakinlərin sözlərinə görə, yaranmış problem hələ də öz həllini tapmayıb.

Biz də məsələ ilə bağlı aidiyyatı qurumlarla əlaqə saxladıq. Qurumdan verilən məlumata görə, sözügedən ərazidə elektrik xəstlərində ciddi problem yarandığı elektrik xətlərinin təmirinə başlanılıb.  Xətlərin bəziləri isə tamamilə dəyişdirilir.

Bu gün günorta saatlarına qədər problem həllini tapacağı  bildirilib.

Əntiqə