Sadır Japarov Xankəndi Zirvəsində Qırğızıstanın təkliflərini açıqladı

Qırğız Respublikası Azərbaycanın təşəbbüsünü dəstəkləyərək turizm layihələri həyata keçirir.
Adalet.az apa-ya istinadən xəbər verir ki, bunu Qırğız Respublikasının Prezidenti Sadır Japarov İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə görüşündə bildirib.
Qırğız Respublikasının Prezidenti deyib ki, bu, iqtisadiyyatın şaxələnməsinə mühüm rol oynayır: “Mühüm layihələrdən biri də Çinlə dəmir yolu layihəsidir. Bu layihə də uğurla həyata keçirilir”.
Rəqəmsal sahədə əməkdaşlığı zəruri sayan Sadır Japarov qeyd edib ki, kibercinayətkarlıqla da birgə effektiv mübarizə aparıla bilər: “Təşkilatın üzv dövlətlər arasında sərhəd-keçid prosedurları sadələşdirilməklə nəqliyyat-logistika əlaqələri inkişaf etdirilməlidir. Gömrük sahəsində rəqəmsallaşma önəmlidir. Dənizə çıxışı olmayan ölkələr üçün limanlarda azaldılmış taarifləri nəzərdən keçirməyi təklif edirik. Qırğız Respublikası böyük mineral yataqlara malikdir. Biz xarici və yerli investorlar üçün əlverişli şərait yaratmağa hazırıq”.
Digər Xəbərlər

Məsud Pezeşkianın Azərbaycana səfəri başa çatıb

Emoməli Rəhmonun Azərbaycana səfəri başa çatdı

"Azərbaycan-İran əlaqələrində yeni səhifə açılıb" - Pezeşkian

Ərdoğan: Türkiyə bundan sonra da Azərbaycanın yanında olacaq

Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTOLAR

Prezident İsrail-İran qarşıdurmasında Azərbaycanın mövqeyini AÇIQLADI

Azərbaycan və İran prezidentlərinin görüşü olub - FOTO - YENİLƏNİB
