"Şagirdlərdən müsahibə götürülməsi təəssüf doğurur" - Ombudsmandan açıqlama
Son zamanlar uşaqlar tərəfindən həmyaşıdlarına və digər şəxslərə qarşı aqressiv davranışın göstərilməsi, hüquq pozuntusu törədilməsi halları ciddi narahatçılıq doğurur.
Adalet.az xəbər verir ki, bu, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) uşaqların iştirakı ilə baş vermiş neqativ hallarla bağlı açıqlamasında yer alıb.
Bildirilib ki, uşaqların psixoloji vəziyyətinin qiymətləndirilməsi, onların davranışlarına, o cümlədən onların rəqəmsal platformalardan istifadə etmələrinə nəzarət edilməsi uşaqların və ümumilikdə cəmiyyətin sağlamlığı və təhlükəsizliyinin qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinə dair müraciətində son illər uşaqlar arasında geniş yayılmış onlayn oyun və interaktiv platformaların, xüsusilə "Roblox" platformasının yaratdığı risklər barədə analitik təhlilə əsaslanan məlumatlar verilib, aidiyyəti dövlət orqanları uşaqların rəqəmsal təhlükəsizliyinin təmin edilməsi məqsədilə onlayn platformalar üzərində nəzarət mexanizmlərini gücləndirməyə, risklərin hüquqi qiymətləndirilməsinin aparılmasına və preventiv fəaliyyətin həyata keçirilməsi sahəsində zəruri tədbirlər görməyə dəvət olunub.
Qeyd olunan problemlərin aradan qaldırılmasında valideynlərin də rolu danılmazdır. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar.
"İdrak" liseyində baş vermiş insidentlə bağlı media nümayəndələri tərəfindən şagirdlərdən müsahibə götürülməsi və məlumatların işıqlandırılması üsulu təəssüf doğurur.
Bir daha media nümayəndələrinə "Media haqqında" Azərbaycan Respublikasının Qanununun, "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununun, "Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları"nın və digər hüquqi aktların tələblərini xatırladaraq, onları bu sahədə məsuliyyətli mövqe nümayiş etdirməyə dəvət edirəm.
Digər Xəbərlər
11 Mart 2026 17:58
Əli Əsədov daha bir qərar imzaladı
11 Mart 2026 16:21
Diplomatik xidmətə qəbul üzrə müsabiqənin qaydaları təsdiqləndi
11 Mart 2026 14:36
AQTA: Gələcəkdə bütün xidmətlər vahid elektron platforma ilə göstəriləcək
11 Mart 2026 13:38
“Vətən qoruyucuları” cildində üzərimə hücum çəkiblər! - Elxan Şükürlü yazır
11 Mart 2026 13:32
Baş nazirdən hərbi qulluqçuların maaşları ilə bağlı - QƏRAR
11 Mart 2026 12:25
"Kənddə 12 sot torpağım var, onu buradan idarə edirəm" - Komitə sədri
11 Mart 2026 11:31
“AzerGold” QSC-də “Tərəqqi” medalına layiq görülmüş əməkdaşlarla görüş keçirilib
11 Mart 2026 09:36


Bakı -°C

