Şahdağ Milli Parkında YANĞIN - YENİLƏNİB
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Qəbələ rayonunda meşə yanğını olması barədə məlumatı təsdiqləyib.
Adalet.az-ın məlumatına görə, o, “report.az”a bildirib ki, yanğın Şahdağ Milli Parkının ərazisində baş verib:
“Hazırda ETSN və FHN əməkdaşlararı yanğın baş verən ərazidədirlər. Yanğının söndürülməsi üçün işlər görülür”.
***
Qəbələ rayonunda meşə ərazisində yanğın başlayıb.
Adalet.az xəbər verir ki, rayonun Tıkanlı kəndinə yaxın ərazidə yerləşən meşə massivi yanır.
Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri və meşə təsərrüfatı işçiləri cəlb olunub./report.az/
Digər Xəbərlər
13 Sentyabr 2026 11:13
İsmayıllıda maşın aşıb yandı - Sürücü yaralandı, həyat yoldaşı öldü - VİDEO
12 Sentyabr 2026 17:41
Sabiq nazir vəfat etdi
12 Sentyabr 2026 16:13
Avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs olundu
12 Sentyabr 2026 11:16


Bakı -°C

