12 Avqust 2024 16:54
77
ŞOU-BİZNES

Sahib İbrahimov: “Onunla yenə duet oxuyaram”

Sahib İbrahimov illərlə küsülü olduğu duet ortağı Bəturə Hüseynova ilə aralarında buzların əridiyini söyləyib.

Adalet.az xəbər verir ki, o, xanım həmkarını salamlayıb və onunla yenidən duet oxumağa hazır olduğunu qeyd edib:

“Bəturə xanımı salamlayıram. Qadındır, inciyə-küsə bilər. Anlayıram. Mənim haqqımda dediyi acı sözləri də xanımlığına bağışlayıram. Xanımlar, analarımız, bacılarımız başımızın tacıdılar. Ona heç kinim yoxdur. Onunla yenə də duet oxuyub gözəl əsərlər yarada bilərəm. Mənim istedadım buna çatır”.

Əntiqə