05 Avqust 2024 12:45
67
ŞOU-BİZNES

Rüfət Nasosnu: “Özünə hörmət edən kəs hç kimin ağzını əyməz”

Meyxanaçı Rüfət Nasosnu Elza Seyidcahanın onu tənqid etməsinə sərt reaksiya verib.

Adalet.az bildirib ki, o, E.Seyidcahanın onun mahnısına təhqiredici reaksiya verməsini xanıma yaraşdırmayıb:

“Bir xanım var ki, mənim mahnıma ağız eyib. Etdiyi hərəkəti xanım olaraq ona yaraşdırmıram. Mahnıda  “yarə-yarə”, “çarə- çarə” sözləri var ki, onu çox kobud şəkildə efirdə səsləndirib. Düşünürəm ki, özünə hörmət edən insan heç kəsin ağzını əyməz. Mən çox böyük insan deyiləm. Özümə uyğun mahnılar bəstələyirəm. Çalışıram ki, məni sevənlərin zövqünə oxşayım”.

Qeyd edək ki, Elza Seyidcahan şou-proqramların birində qonaq olarkən Rüfət Nasosnunun ifalarını təqlid etmişdi.

Əntiqə