05 Avqust 2024 16:13
72
SİYASƏT

"Sülh müqaviləsi regionda vəziyyəti kökündən dəyişəcək" - Bakı-İrəvan münasibətindən DANIŞDI

"Ümid edirəm ki, Ermənistan və Azərbaycanın siyasi iradəsi bütün region xalqlarının xeyrinə çevrilə bilər". 

Adalet.az xəbər verir ki, bunu tezliklə vəzifəsini tərk edəcək Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar xarici KİV-ə müsahibəsində deyib. 

"Bildiyim qədər, sülh müqaviləsi layihəsinin əksəriyyəti artıq razılaşdırılıb. Mənə elə gəlir ki, çatışmayan yeganə şey finişə çatmaq üçün lazım olan siyasi iradədir. Əminik ki, qalan məsələlər üzrə yekun razılaşma əldə olunub. Sülh müqaviləsi və onun sonrakı icrası regionda vəziyyəti kökündən dəyişəcək. Düşünürəm ki, liderlər də bu nöqteyi-nəzəri bölüşürlər və bu məsələ ilə bağlı yekun razılığın əldə olunması üçün lazım olan bütün səyləri göstərəcəklər", - Klaar bildirib.