05 Avqust 2024 16:15
66
AVTOMABİL

Bu yollarda hərəkət məhdudlaşdırılacaq

Paytaxtda yollar 3 gün müddətinə bağlıdır.

Adalet.az xəbər verir ki, 6 avqust saat 00:00-dan 9 avqust saat 09:00-dək Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində (C.Xəndan küçəsindən Z. Bünyadov prospektinədək ) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.