Sahibə Qafarova Bakı Bəyannaməsindən danışdı
“İqtisadi Əməkdşalıq Təşkilatının mayın 17-də keçirilən konfransın yekunu kimi Bakı Bəyannaməsi imzalandı. Bu sənədin müddəları təşkilat üzvlərinin bölgədə iqtisadi və sosial inkişafın təmin edilməsində, inteqrasiya tədbirlərinin inkişafında parlamentlərin rolunu daha da gücləndirmək əzmində olduqlarını bir daha nümayiş etdirir”.
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Spirek bildirib ki, Bəyannamədə 44 günlük Vətən müharibəsində qələbəsi münasibətilə Azərbaycana təbrik ünvanlanıb: “Eləcə də, bu qələbənin regionda sülh və tərəqqiyə yol açacağı qeyd olunur. Azərbaycan hökumətinin işğaldan azad edilmiş ərazilərdə gördüyü yenidənqurma və minatəmizləmə işlərinə dəstəyin göstərilməsinə çağırış səsləndirilir".
Sahibə Qafarova onu da deyib ki, Bakı Bəyannaməsinin mühüm məqamlarından biri də Şərq-Qərb və Şimal-Cənub dəhlizinin mühüm tərkib hissəsi olacaq, nəqliyyat infrastrukturu olan Zəngəzur dəhlizinə güclü dəstəyin ifadə olunmasıdır.
Qeyd edək ki, mayın 17-də İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransında Bakı Bəyannaməsi imzalanıb. Sənədi Azərbaycan, Türkiyə, Pakistan, İran, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstanın parlament rəhbərləri imzalayıblar.
Digər Xəbərlər
09 Sentyabr 2026 19:31
Bakı və Daşkənd arasında qərargah danışıqları keçirildi
09 Sentyabr 2026 18:32
“Həqiqətlərə bağlılıq qələbəyə aparır...”
09 Sentyabr 2026 18:00
Sahibə Qafarova BMT Baş Assambleyasının 81-ci sessiyasının prezidenti ilə görüşüb
09 Sentyabr 2026 17:08
“Paşinyan Rusiya tərəfindən devrilməyəcəyinə öncədən təminat almaq istəyir”
09 Sentyabr 2026 15:03
İlham Əliyev Xalq artisti Aleksandr Şarovskinin vəfatı ilə bağlı nekroloq imzalayıb
09 Sentyabr 2026 13:39
Azərbaycan və Ermənistan bu barədə razılaşıb
09 Sentyabr 2026 13:17
Ceyhun Bayramov ermənistanlı həmkarı ilə görüşəcək
09 Sentyabr 2026 12:22


Bakı -°C

