Sahibə Qafarova Baqer Qalibafa başsağlığı verdi

Sahibə Qafarova İran İslam Respublikası İslam Şurası Məclisinin sədrinə başsağlığı məktubu ünvanlayıb.
Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Baqer Qalibafa başsağlığı məktubu ünvanlayıb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, Parlamentin sədri İranın Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında baş vermiş partlayış nəticəsində insanların həlak olması və yaralanması ilə əlaqədar kədərləndiyini bildirib. Spiker İran İslam Respublikası İslam Şurası Məclisinin sədrinə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adından və Azərbaycan Respublikası Milli Məclisinin deputatları adından dərin hüznlə başsağlığı verib.
Digər Xəbərlər

İlham Əliyev Budapeştdə TDT-nin qeyri-rəsmi iclasında - FOTOLAR

"Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətləri..." - Dövlət başçısı

"Bu, Ermənistana qarşı ərazi iddiası demək deyildir" - Prezident

Prezident konfrans iştirakçılarına müraciət etdi

Azərbaycan vətəndaşları Özbəkistana şəxsiyyət vəsiqəsi ilə gedə bilər

“Gec-tez təklifimizlə razılaşmağa məcbur olacaqlar” - Prezident

Sahibə Qafarova İspaniya Deputatlar Konqresinin sədri ilə görüşüb - FOTOLAR
