Sahibə Qafarova Bob Bləkmənlə parlamentlərarası əməkdaşlığı müzakirə edib
Milli Məclisin sədri Sahibə Qafarova iyulun 13-də Britaniya Parlamentinin üzvü, Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Bob Bləkmən ilə görüşüb.
Bu barədə Adalet.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, görüşdə parlamentlərarası əlaqələrin ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli münasibətlərin mühüm hissələrindən biri olduğu vurğulanaraq, qanunverici orqanlarımız arasında sıx əlaqələrin qurulması və qarşılıqlı təmasların genişləndirilməsindən razılıq bildirilib. Spiker Sahibə Qafarova özünün Birləşmiş Krallığa səfərlərini və Birləşmiş Krallıq Parlamentinin İcmalar Palatasının sədri Ser Lindsi Hoyl ilə görüşlərini, həmçinin, parlamentarilər arasında qarşılıqlı səfərləri xatırladaraq qeyd edib ki, bu təmaslar parlamentlərimiz arasında mövcud olan əlaqələrin daha da inkişafına xidmət edir.
Tərəflər həmçinin, dostluq qrupları arasında müsbət dialoq və görüşlərin, həmçinin beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlığın də önəmini vurğulayıblar.
Böyük Britaniya Parlamentinin üzvü Bob Bləkmən Azərbaycana növbəti səfəri, ölkəmizdə və paytaxt Bakıda gördükləri haqqında müsbət təəssüratlarını bölüşüb. O, Birləşmiş Krallığın Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini vurğulayaraq, bu istiqamətdə parlamentlərin rolunu qeyd edib.
Görüşdə həmçinin, hazırda regionda mövcud olan vəziyyət, Azərbaycan və Ermənistan arasında sülh prosesi haqqında da danışılıb. Spiker Sahibə Qafarova qonağa işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən nəhəng yenidənqurma və bərpa işləri haqqında məlumat verib.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
13 Iyul 2026 21:30
Slovakiya prezidenti Füzuliyə gəldi
13 Iyul 2026 20:56
"Heç bir dövlətin sərhədləri ölkə xalqının razılığı olmadan dəyişdirilə bilməz" - İlham Əliyev
13 Iyul 2026 20:40
Kərim Vəliyev belaruslu həmkarı ilə regional təhlükəsizliyi müzakirə edib
13 Iyul 2026 20:32
"Nə Ukrayna xalqının, nə də Ukrayna hökumətinin mənim məsləhətimə ehtiyacı yox idi"
13 Iyul 2026 20:26
"Kiminsə qanadının altına sığınırlar və hesab edirlər ki, bu onları qoruyacaq" - Ölkə başçısı
13 Iyul 2026 20:11
Ölkəsinə qayıtmaqda çətinlik çəkən jurnalistə Prezidentdən təklif
13 Iyul 2026 19:27
"D-8-ə üzvlük Azərbaycan üçün çox önəmlidir" - Hikmət Hacıyev
13 Iyul 2026 19:07


Bakı -°C

