"Heç bir dövlətin sərhədləri ölkə xalqının razılığı olmadan dəyişdirilə bilməz" - İlham Əliyev
"Prezident Zelenskinin mövqeyi mənə məlumdur. O, bu barədə ictimaiyyətə açıq danışıb. Aprel ayında bizi ziyarət edəndə, bu mövzu barədə - təmas xətti boyunca hərbi əməliyyatların dərhal dayandırılmasına dair ətraflı müzakirə aparmışıq. Bu təklifin hələ də nə dərəcədə aktual olduğunu bilmirəm, bunu demək mənim üçün çətindir, amma hər halda, o, bunu açıq şəkildə geri götürməyib".
Adalet.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Şuşada “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində deyib.
"Buna görə də düşünürəm ki, istənilən halda, Azərbaycanın mövqeyinə gəldikdə, o, dəyişməz olaraq qalır. Biz həmişə Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını dəstəkləmişik, dəstəkləyirik və dəstəkləməyə davam edəcəyik. Heç bir dövlətin sərhədləri zorla və ya həmin ölkə xalqının razılığı olmadan dəyişdirilə bilməz. Burada, təbii ki, bizim mövqeyimiz olduqca ardıcıl və qətidir. Biz həmişə Ukrayna xalqına, necə deyərlər, əlimizdən gələn köməyi etməyə hazırıq. Bu mövzuda çox danışmaq istəmirəm. Biz bunu sadəcə danışmaq üçün etmirik. Bu, sadəcə, ürəkdən gəlir. Bu, dövlətlərə və yeri gəlmişkən, təkcə onlara deyil, adi insanlara, kommersiya şirkətlərinə də aiddir. Yəni bu, ağır vəziyyətdə olanlara, əziyyət çəkənlərə, ərazi bütövlüyü pozulanlara yardım etmək və əlimizdən gələn hər cür köməyi göstərmək üçün vahid səydir", - deyə dövlət başçısı qeyd edib.
Digər Xəbərlər
24 Avqust 2026 20:33
Prezident ailəsinin İsmayıl Samani türbəsindən - FOTOLARI
24 Avqust 2026 19:59
Prezidentin Özbəkistana səfəri BAŞA ÇATDI - FOTOLAR
24 Avqust 2026 18:04
Zelenski Hikmət Hacıyevi ordenlə təltif etdi
24 Avqust 2026 17:50
Gələn həftə deputatların tətili BAŞA ÇATIR
24 Avqust 2026 16:57
Prezidentlər və birinci xanımlar Buxara şəhərindəki “Poyi-Kalon” kompleksi ilə tanış olublar
24 Avqust 2026 16:56
İlham Əliyevin sosial media hesablarında İsmayıl Samani türbəsi ilə tanışlıqla bağlı video paylaşılıb
24 Avqust 2026 14:50
Prezident və xanımı Buxarada belə qarşılandı - FOTOLAR + YENİLƏNİB
24 Avqust 2026 14:37


Bakı -°C

