adalet.az header logo
  • Bakı -°C
24 Avqust 2026 14:37
74
SİYASƏT
A- A+

“Prezidentlər türk dünyasına necə bir inetqrasiya modeli zəruri olduğunu parktika göstərdilər”

“Cənab Prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyev türk dünyasına məhz necə bir inteqrasiya və birlik modeli zəruri olduğunu öz qətiyyətli siyasətləri ilə praktikada nümayiş etdirdilər. Azərbaycan və Özbəkistan arasında bütün əsas istiqamətlərdə inkişaf edən sıx əməkdaşlıq və koordinasiya sadəcə ikitərəfli tərəfdaşlıq deyil, bütövlükdə Türk Dövlətləri Təşkilatı (TDT) üzvləri üçün güclü və strateji bir çərçivə formalaşdırır”.

Adalet.az xəbər verir ki, bunu politoloq Zaur Hüseynli deyib. 

Politoloq bildirib ki, Azərbaycan-Özbəksitan müttəfiqliyi və xüsusi münasibətləri bütün əsas istiqamətlərdə sıx əməkdaşlıq, koordinasiya Türk Dövlətləri Təşkilatı üzvləri üçün starteji çərçivə formalaşdırır:

“Yeri gəlmişkən, "xüsusi münasibətlər" ifadəsi Uinston Çörçilin Böyük Britaniya və ABŞ arasında mövcud olan dərin siyasi, hərbi, iqtisadi və mədəni tərəfdaşlığı təsvir etmək üçün işlətdiyi məşhur siyasi termindir. Çörçil bu ifadəni ilk dəfə rəsmi şəkildə 5 mart 1946-cı ildə ABŞ-ın Fulton şəhərində (Fulton, Misouri) söylədiyi məşhur "Dəmir pərdə" (Iron Curtain) nitqində işlətmişdir. O, həmin çıxışında ingilisdilli xalqların qardaşlıq ittifaqından və onların dünya sülhünü qorumaqdakı xüsusi rolundan bəhs etmişdir. Bu ifadə iki ölkənin sadəcə müvəqqəti müttəfiq olmadığını, ortaq dəyərlərə, dilə, qlobal maraqlara və sarsılmaz strateji bağlara əsaslanan unikal bir dostluq içində olduğunu göstərir. Əgər analogiya aparsaq elə Azərbaycan və Özbəksitan arasında imzlanmış "Əbədi dosluq haqqına" Müqavilə bu mövqeyi və strateji çərçivəni ifadə edir. Düşünürəm ki, Azərbaycan- Özbəksitan müttəfiqlik münasibətləri ikitərərfli kontekstdən daha geniş miqyası əhatə edir və Mərkəzi Asiya, TDT coğrafiyasında inteqrasiyanın əsas streateji istiqamətinə yön verir. Prezidentlər Əliyev və Mirziyoyev türk dünyasına necə bir inetqrasiya modeli zəruri olduğunu parktika göstərdilər. Ehtimal edirəm ki, növbəti il TDT daixlində inteqrasiya prosesləri daha sürətlənəcək və Bakı-Daşkənd lokomotiv kimi çıxış edəcəklər”.

Vasif ƏLİHÜSEYN