adalet.az header logo
  • Bakı -°C
24 Avqust 2026 14:26
57
SİYASƏT
A- A+

Şerzod Xocayev: "Özbəkistan və Azərbaycan neft məhsullarının istehsalını müzakirə edib"

Özbəkistanın ehtiyacları üçün neft məhsullarının, o cümlədən avtomobil və aviasiya yanacağının birgə istehsalı Bakı və Daşkəndin enerji əməkdaşlığının perspektivli istiqamətlərindən biridir.

Adalet.az xəbər verir ki, bu barədə Özbəkistanın energetika naziri Şerzod Xocayev "Özbəkistan 24" telekanalına bildirib.

Onun sözlərinə görə, energetika sahəsində əməkdaşlıq bir neçə istiqamətdə inkişaf edir. Onlardan biri hazırda müvafiq işlərin aparıldığı Üstyurt yaylasında karbohidrogenlərin hasilatı üzrə layihədir.

Nazir digər istiqamət kimi Özbəkistanda bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin Qazaxıstanın iştirakı ilə Azərbaycan üzərindən Avropaya ixracını qeyd edib: "Bu gün təklif olunan istiqamətlərdən daha biri Özbəkistanın ehtiyacları üçün neft məhsullarının, o cümlədən avtomobil və aviasiya yanacağının birgə istehsalıdır".

Ş. Xocayev əlavə edib ki, Özbəkistanda istehsal olunan "yaşıl enerji"nin Azərbaycanla əməkdaşlıq çərçivəsində Avropaya tədarükü böyük perspektivlərə malikdir.