“Ona qədər Azərbaycan ilə Özbəkistan arasında heç bir ortaq layihə yox idi”
“Azərbaycan və Özbəkistan prezidentləri arasında imzalanan "Əbədi Dostluq Müqaviləsi" Turan birliyinin formalaşdırılması istiqamətində hər iki qardaş dövlət tərəfindən atılan mühüm və eyni zamanda bənzəri olmayan unikal bir addımdır”.
Adalet.az xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev deyib.
“Prezident Şovkat Mirzioyevin hakimiyyətə gəlməsinə qədər Azərbaycan ilə Özbəkistan arasında heç bir ortaq layihə yox idi. Bu əlaqələrə mane olanlar var idi. İndi isə münasibətlərimizin vəziyyəti tamamilə fərqlidir və sürətlə inkişaf edir. Əvvəlcə Özbəkistan ilə qardaş ölkə olduq, sonra strateji tərəfdaşlıq, daha sonra isə müttəfiqlik müqaviləsi, bu gün isə "Əbədi Dostluq Müqaviləsi" imzalandı. Bu mərhələdə Türk dünyası arasında ortaq nəqliyyat marşrutları, investisiyalar, siyasi, iqtisadi və təhlükəsizlik maraqları ön plana çıxır. Bu gün Daşkənddə baş verənlər Turan birliyinin ayaq səslərini daha aydın şəkildə eşitməyə imkan verir. Vaxtilə ideya olan Türk dünyasının birliyi, artıq dünyanın tam mərkəzində geniş bir coğrafiyanı əhatə edən Vahid Güc Mərkəzinə çevrilir”, - deyə o, bildirib.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
24 Avqust 2026 13:47
Prezidentlər və birinci xanımlar İsmayıl Samani türbəsi ilə tanış olublar
24 Avqust 2026 13:44
Prezidentin sosial media hesablarında Buxaraya getməsinə dair video paylaşıldı
24 Avqust 2026 12:26
Prezident və xanımı Buxarada qarşılandı
24 Avqust 2026 11:59
“Türk dünyası yalnız mədəni birlik deyil, siyasi və iqtisadi güc mərkəzinə çevrilməlidir”
24 Avqust 2026 11:57
Dörd qardaş, bir gələcək. Bun mümkündür? - TƏHLİL
24 Avqust 2026 11:31
Prezident Buxarada səfərdədir
24 Avqust 2026 11:11
İlham Əliyev Zelenskini təbrik etdi
24 Avqust 2026 00:01


Bakı -°C

