Taksi sürücüləri üçün imtahana qeydiyyat başlanır - Bu tarixdən
Dövlət İmtahan Mərkəzi (DİM) xüsusi hazırlıq keçmiş və şəhadətnamə almaq istəyən taksi minik avtomobili sürücüləri üçün oktyabrın 1-də imtahan keçirəcək.
DİM-dən Adalet.az-a bildirilib ki, imtahanda iştirak etmək üçün müvafiq qurumlar tərəfindən sürücü olmaq istəyən şəxslərin məlumatları mərkəzə təqdim olunub.
Həmin şəxslər avqustun 24-ü saat 12:00-dan sentyabrın 20-si saat 18:00-dək qeydiyyatdan keçməlidirlər.
İmtahanda iştirak etmək istəyən şəxslər ilk növbədə DİM-in internet saytında “Şəxsi kabinet” yaratmalı, daha sonra müvafiq elektron xidmət vasitəsilə qeydiyyatdan keçməlidirlər.
İmtahanda iştirak ödənişlidir. Namizədlər “Şəxsi kabinet” yaratdıqdan sonra hesablarına 35 manat məbləğində vəsait əlavə etməlidirlər. Qeydiyyatdan keçdikdən sonra imtahanda iştirak etməyən namizədlərə ödənilən məbləğ geri qaytarılmır.
Test imtahanı DİM-in elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 50) və Gəncə şəhərində Vaqif Əliyev adına 12 nömrəli tam orta məktəbdə keçiriləcək.
Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni qeydiyyat prosesi başa çatdıqdan sonra, imtahana 3 gün qalmış DİM-in internet saytındakı müvafiq elektron xidmət vasitəsilə əldə edə biləcəklər.
İmtahanın müddəti 1 saatdır. Namizədlərə sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşınmasını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq proqramını əhatə edən 20 test tapşırığı təqdim olunacaq.
Hər düzgün cavab 1 balla qiymətləndiriləcək, səhv cavablar isə düzgün cavabların nəticəsinə təsir göstərməyəcək.
On və daha çox bal toplayan namizədlər imtahanı müvəffəqiyyətlə vermiş hesab olunacaqlar. Onlara 7 il müddətində etibarlı olan şəhadətnamə təqdim ediləcək.
Digər Xəbərlər
24 Avqust 2026 11:36
Müavinət və təqaüd alanlara şad xəbər - Tarix bəlli oldu
24 Avqust 2026 10:50
Azərbaycan nümayəndə heyəti “Ark” qalasında - VİDEO
24 Avqust 2026 09:20
Nazirlik onla bağlı nekroloq yaydı
23 Avqust 2026 23:41
Birinci xanımlar "Oxunguzar” incəsənət məkanı ilə tanış olublar - FOTO
23 Avqust 2026 19:25
Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi oldu - FOTOLAR
23 Avqust 2026 10:30
Prezidentin səfərini işıqlandıracaq jurnalistlər belə yola düşdü - VİDEO
22 Avqust 2026 18:00
"Bakı təhlükəsiz şəhərdir" - Eldar Əzizov
22 Avqust 2026 12:30


Bakı -°C

