"Bakı təhlükəsiz şəhərdir" - Eldar Əzizov
"Son 20 ildə Bakıya 200 milyard dollardan çox investisiya yatırılıb".
Adalet.az "Trend"ə istinadən xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Daşkənddə keçirilən Özbəkistan-Azərbaycan IV Regionlararası Forumunda çıxışı zamanı deyib.
"Maraqlı məqam ondan ibarətdir ki, son 20 ildə şəhərə 200 milyard dollardan çox investisiya yatırılıb. Bu proses davam edir və inkişaf edir", - deyə E.Əzizov bildirib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət sayəsində Bakı bir çox istiqamətlər üzrə intensiv inkişafını davam etdirir və yeni inkişaf standartlarına hazırlaşır. E.Əzizov qeyd edib ki, bu gün Bakı aqlomerasiya ilə birlikdə üç milyondan çox sakini əhatə edir. Onun sözlərinə görə, şəhərdə Heydər Əliyev Mərkəzi, Bakı Olimpiya Stadionu və "Alov Qüllələri" də daxil olmaqla, müasir memarlığın yeni nümunələri yaradılıb.
E.Əzizov vurğulayıb ki, Bakı təkcə inkişaf edən meqapolis deyil, həm də şəhər infrastrukturuna investisiya yatırımları üçün platformadır.
"Ən əsası isə - şəhər təhlükəsizdir. Üstəlik, təhlükəsizlik yalnız küçələrdə asayiş, təmizlik və hüquq-mühafizə sisteminin səmərəli fəaliyyəti ilə təmin olunmur. Bakı, həmçinin şəhər infrastrukturuna investisiya yatırımları üçün təhlükəsiz şəhərdir", - deyə o bildirib.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Özbəkistan biznes nümayəndələrini Azərbaycanın paytaxtında birgə layihələrin həyata keçirilməsinə dəvət edib.
"Şəhərimizdə, şəhər meydançalarımızda əməkdaşlığa dəvət edirik", - deyə E.Əzizov vurğulayıb.
Digər Xəbərlər
22 Avqust 2026 12:30
Sabah 40° isti olacaq
22 Avqust 2026 09:50
Könül Nurullayeva vətəndaşlarla görüşüb - FOTOLAR
21 Avqust 2026 17:52
"“Bolt”a minməyin, fırıldaqçıdılar" - Cahangir Novruzov
21 Avqust 2026 17:27
“Bu dəfə ağır nəticənin qarşısını digər sürücünün ehtiyatlı davranışı aldı”
21 Avqust 2026 17:11
ADY sürücü və piyadalara müraciət etdi
21 Avqust 2026 15:00
Son iki ildə Dövlət Məşğulluq Agentliyi hansı mühüm uğurlara imza atıb?
21 Avqust 2026 14:51
“Samuxda qarayaraya yeni yoluxma halları qeydə alınmır” - Səhiyyə Nazirliyi
21 Avqust 2026 14:00


Bakı -°C

