“Bu dəfə ağır nəticənin qarşısını digər sürücünün ehtiyatlı davranışı aldı”
“Görüntülər ikitəkərli nəqliyyat vasitəsini idarə edərkən bir anlıq ehtiyatsızlığın hansı təhlükəni yarada biləcəyini aydın göstərir. Motosiklet sürücüsü qəfil sağa manevr edərək avtomobillə toqquşur”.
Adalet.az xəbər verir ki, bunu Baş DYP İdarəsinin şöbə rəisi polis polkovnik-leytenantı Rövşən Tağıyev Səbail rayonunda motosiklet sürücüsünün yol hərəkəti qaydalarını pozaraq qəza törətdiyi hadisəyə münasibət bildirərkən deyib.
R.Tağıyev qeyd edib ki, avtomobilin aşağı sürətlə hərəkət etməsi və sürücünün vaxtında reaksiya verməsi hadisənin daha ağır nəticələnməsinin qarşısını alıb: “Görüntülərdə yol hərəkəti təhlükəsizliyi ilə bağlı digər mühüm məqamlar da diqqət çəkir. Sərnişinin qoruyucu dəbilqədən istifadə etməməsi, motosikletin dövlət qeydiyyat nişanının olmaması, eləcə də sürücünün azyaşlı olması ehtimalı bu nəqliyyat vasitələrindən istifadə zamanı müəyyən edilmiş tələblərə ciddi əməl olunmasının vacibliyini göstərir.
Belə halların qarşısının alınmasında valideynlərin üzərinə də mühüm məsuliyyət düşür. Valideynlər unutmamalıdırlar ki, övladlarının müvafiq yaş və idarəetmə hüququ olmadan motosiklet və ya moped sürməsinə göz yummaq həm onların, həm də yolda olan digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atmaq deməkdir. Belə məsuliyyətsizliyin nəticəsi bir anda faciəyə çevrilə bilər.
Bu dəfə ağır nəticənin qarşısını digər sürücünün ehtiyatlı davranışı aldı. Yolda isə hər səhvin ikinci şansı olmur”.
Digər Xəbərlər
21 Avqust 2026 17:52
"“Bolt”a minməyin, fırıldaqçıdılar" - Cahangir Novruzov
21 Avqust 2026 17:11
ADY sürücü və piyadalara müraciət etdi
21 Avqust 2026 15:00
Son iki ildə Dövlət Məşğulluq Agentliyi hansı mühüm uğurlara imza atıb?
21 Avqust 2026 14:51
“Samuxda qarayaraya yeni yoluxma halları qeydə alınmır” - Səhiyyə Nazirliyi
21 Avqust 2026 14:00
Elektron sənəd qəbulunun müddəti uzadıldı
21 Avqust 2026 13:42
Sosial yardımların veriləcəyi tarix məlum oldu
21 Avqust 2026 13:30
DİN zabit heyəti vəzifələrinə xidmətə qəbulla bağlı müsabiqə elan edib - FOTO
21 Avqust 2026 12:22


Bakı -°C

