adalet.az header logo
  • Bakı -°C
21 Avqust 2026 17:32
63
MƏDƏNİYYƏT
A- A+

Bakıda “Ahıska türkləri – itmiş sürgünün izində” sərgisi açıldı 

Milli Azərbaycan Tarixi Muzeyində “Ahıska türkləri – itmiş sürgünün izində” sərgisi açılıb.

Adalet.az xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi və Dünya Ahıska Türkləri Birliyinin əməkdaşlığı ilə hazırlanan sərgi 1944-cü ildə Ahıska türklərinin deportasiyasına həsr olunub.

Ekspozisiyada sürgün tarixini əks etdirən sənədlər, fotoşəkillər və şahidliklər nümayiş etdirilir.

Sərginin məqsədi Ahıska türklərinin tarixi yaddaşını qorumaq və gənc nəsillərə çatdırmaqdır. İstanbuldan Bakıya Bakı–Tbilisi–Qars dəmir yolu ilə gətirilən sərgi avqustun 21-dən 28-dək muzeydə ziyarətçilərə açıq olacaq.

Qeyd edək ki, növbəti təqdimat noyabrın 14-də Ankaradakı Tarixi Ankara Vağzalında keçiriləcək.