Məktəbli forması ilə bağlı valideynlərə ÇAĞIRIŞ
Məktəbli formalarının əldə edilməsi üçün seçim sərbəst şəkildə həyata keçirilir. Valideynlərin məqsədli şəkildə hansısa satış məntəqəsinə yönləndirilməsi yolverilməzdir.
Bu barədə Adalet.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki,valideynlər məktəbli formaları ilə bağlı məlumatı övladlarının təhsil aldığı məktəblərdən, eyni zamanda yerli təhsili idarəetmə bölmələri ilə əlaqə saxlayaraq əldə edə bilərlər.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 mart 2022 ci il tarixli “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”nin təsdiq edilməsi haqqında qərarına əsasən, ümumi təhsil müəssisələrində 4 növ geyim formasından biri tətbiq edilir.
Belə ki, 2022-ci ildə hər bir ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası bununla bağlı müvafiq qərar qəbul edib. Vahid geyim forması ən azı 3 tədris ili ərzində dəyişilməz qalır.
Digər Xəbərlər
21 Avqust 2026 16:48
AzTU tələbələri ABŞ-də 6 medal və xüsusi mükafat qazandı
20 Avqust 2026 12:20
"Xaricdə təhsil almaq, əlbəttə, yaxşı seçim ola bilər, amma..."
19 Avqust 2026 10:37
Universitetlərə ixtisas seçimi BAŞA ÇATIR
18 Avqust 2026 11:34


Bakı -°C

