Azərbaycanlı gənc Oksford Universitetində Hüquq oxuyacaq
Azərbaycanlı gənc İnci Ağasiyeva yüksək akademik göstəriciləri ilə İngiltərənin nüfuzlu Oksford Universitetində Hüquq ixtisasına qəbul olub.
Adalet.az xəbər verir ki, İnci ibtidai təhsilini yüksək akademik nəticələri ilə seçilən Saint John’s School-da başa vurub. Daha sonra 7–11-ci siniflər üzrə yüksək nəticə göstərən şagirdlərin təhsil aldığı Saint Anne’s Catholic School-da oxuyub. O, məktəbi bütün fənlər üzrə A və A* qiymətləri ilə bitirib.
Məktəbi başa vurduqdan sonra İnci Barton Peveril College, Peter Symonds College və Lansdowne College-dan təhsilini davam etdirmək üçün təkliflər alıb. O, təhsilini Barton Peveril College-da davam etdirməyi seçib.
Kollecdə təhsilinin ilk ilindən etibarən yüksək akademik nəticələr göstərən İnci Oksford və Kembric universitetlərinin hüquq proqramları üzrə müxtəlif hazırlıq və təlim tədbirlərində iştirak edib.
Təhsilinin ikinci ilində keçirilən sınaq imtahanlarında da ardıcıl olaraq yüksək nəticələr əldə edən İnci sentyabr ayında keçirilən xüsusi hüquq imtahanında da uğurlu nəticə göstərib.
Onun yüksək akademik göstəriciləri İngiltərənin aparıcı universitetlərində hüquq təhsili almaq üçün geniş imkanlar yaradıb. Nəticədə İnci ölkənin beş nüfuzlu universitetindən Hüquq ixtisası üzrə qəbul təklifi alıb.
İnci əsas seçimləri kimi Oksford və Varvik universitetlərini müəyyənləşdirib.
Dövlət qəbul imtahanlarında yüksək nəticə göstərən və Oksford Universitetinin qəbul tələblərinə uyğun akademik göstəricilər əldə edən İnci üç fənn üzrə doqquz imtahanda nümayiş etdirdiyi nəticələrlə Oksford Universitetində Hüquq ixtisasına qəbul prosesini uğurla tamamlayıb.
Digər Xəbərlər
10 Sentyabr 2026 17:47
Bakı Türk Anadolu Liseyində yeni laboratoriya istifadəyə verilib
10 Sentyabr 2026 16:14
Azərbaycanlı qadına ABŞ-də yüksək vəzifə verildi
10 Sentyabr 2026 11:08
“Bəs biz neçə tədris ili irəlidəyik?”
10 Sentyabr 2026 09:43
Universitetlərimizin tələbə coğrafiyası 120-yə yaxın ölkəni əhatə edib
09 Sentyabr 2026 17:00
Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
09 Sentyabr 2026 13:23
“Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib
08 Sentyabr 2026 13:32
Azərbaycandan Gürcüstana 22 mindən çox dərslik göndərilib
08 Sentyabr 2026 12:08


Bakı -°C

