Azərbaycan Universitetində Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir
Azərbaycan Universitetində 20 Sentyabr - Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, sonra Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Dövlət Suverenliyi Gününün əhəmiyyətindən, müasir Azərbaycan dövlətçiliyinin möhkəmlənməsindəki rolundan bəhs olunub. Qeyd olunub ki, dövlət suverenliyimizin tam bərpası cənab Prezident İlham Əliyevin siyasi iradəsinin və qətiyyətinin, Azərbaycan xalqının birliyinin və Azərbaycan əsgərinin şücaətinin nəticəsidir.
Tədbirdə Siyasi və ictimai elmlər kafedrasının müəllimi, tarix elmləri doktoru, dosent Bəhman Kərimov məruzə ilə çıxış edib. Bəhman Kərimov çıxışında Dövlət Suverenliyi Gününün tarixi əhəmiyyəti və suverenlik anlayışının Azərbaycan tarixindəki yeri barədə məlumat verib. Məruzəçi dövlət suverenliyinin bərpasına aparan tarixi proseslərdən, bu istiqamətdə baş verən mühüm hadisələrdən və onların ölkənin müasir tarixindəki rolundan bəhs edib. Həmçinin Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün təmin olunması ilə nəticələnən tarixi mərhələlərə nəzər salıb.
Ömürboyu təhsilə dəstək: Təlim - Tədris Mərkəzi və Keyfiyyət təminatı şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin sonunda Dövlət Suverenliyi Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Digər Xəbərlər
10 Oktyabr 2026 14:01
Məktəblilər belə geyinməlidir - VİDEO
09 Oktyabr 2026 17:00
LDU-da Respublika elmi-praktiki konfransı keçirilib
09 Oktyabr 2026 16:46
Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək
07 Oktyabr 2026 11:20
“Əgər dövlət sifarişli yerlər boş qalacaqdısa, niyə həmin yerlər ilk müsabiqədə...”
06 Oktyabr 2026 20:11
Nazirlər Kabineti müəllimlər üçün geyim qaydalarını və tələbləri müəyyən etdi
06 Oktyabr 2026 17:30
DİM sədri ali məktəblərdə boş qalmasının səbəbini açıqlandı
06 Oktyabr 2026 16:09
Onlar dövlət hesabına TƏHSİL ALACAQ
06 Oktyabr 2026 12:45


Bakı -°C

