“Əgər dövlət sifarişli yerlər boş qalacaqdısa, niyə həmin yerlər ilk müsabiqədə...”
“DİM bu gün açıqlama yayıb: əvvəlcə universitetlərə ödənişli əsaslarla qəbul olunan 1870 tələbə əlavə müsabiqənin nəticəsinə əsasən dövlət hesabına təhsil almaq hüququ qazanıb.Çox gözəl. Amma burada bir haqlı sual yaranır. Bu 1870 nəfər niyə ilk müsabiqə zamanı dövlət hesabına yerləşdirilmədi? DİM-in öz açıqlamasına görə, müəyyən sayda dövlət sifarişli yer boş qalıb. Sonradan həmin boş yerlər üçün ödənişli qəbul olunan tələbələr arasında əlavə müsabiqə keçirilib. Bəs bu tələbələr həmin vaxta qədər nə edib?!”.
Adalet.az xəbər verir ki, bunu təhsil məsələləri üzrə ekspert Məzahir Məmmədli deyib.
O, bildirib ki, universitetə qeydiyyatdan keçib, təhsil haqqı ödəyib, ailəsinin büdcəsindən pul çıxarıb, bəlkə də borca girib:
“İndi isə məlum olur ki, onların arasında dövlət hesabına oxumaq hüququ qazanan 1870 nəfər var. O zaman tam haqlı yeni bir sual yaranır. DİM-in sistemi niyə bunu vaxtında müəyyən edə bilmədi? Əgər dövlət sifarişli yerlər boş qalacaqdısa, niyə həmin yerlər ilk müsabiqədə balları uyğun gələn abituriyentlər arasında bölüşdürülmədi? Əgər sistem bunu ilk mərhələdə texniki və ya təşkilati səbəbdən edə bilmirdisə, bunun məsuliyyəti kimdədir? Və ən əsası: Artıq təhsil haqqını ödəmiş həmin tələbələrin pulu necə olacaq? Vətəndaşdan ödənişi vaxtında tələb etməyi bacaran sistem, vətəndaşın haqqını vaxtında müəyyənləşdirməyi də bacarmalıdır.Bu, sadəcə 1870 tələbənin məsələsi deyil. Bu, qəbul sisteminə və DİM-in qərarlarına olan etimad məsələsidir. DİM bu suallara açıq və konkret cavab verməlidir: Niyə bu tələbələr əvvəlcədən dövlət hesabına yerləşdirilmədi? Neçə nəfər artıq təhsil haqqı ödəyib? Ödənilmiş vəsait geri qaytarılacaqmı? Və bu gecikmənin məsuliyyəti kimdədir? Dövlət hesabına oxumaq hüququ sonradan “hədiyyə” kimi təqdim edilməməlidir.Əgər bu hüquq tələbənin balı ilə qazanılıbsa, o hüquq vaxtında və düzgün tətbiq edilməli idi”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
07 Noyabr 2026 14:12
“Zəngilan Müasir Təhsil Kompleksinin binası xalqımızın yüksək mədəniyyətini...”
07 Noyabr 2026 12:14
Azərbaycan Universitetində Qarabağ Zəfərinin tarixi əhəmiyyəti vurğulanıb
06 Noyabr 2026 09:32
LDU-da Qərbi Azərbaycan İrsinin Tədqiqi və Təlimi Mərkəzinin açılışı olub
05 Noyabr 2026 10:22
“Müəllimə ən böyük qiyməti Atatürk verib”
05 Noyabr 2026 09:45
Məleykə Abbaszadə V "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb
03 Noyabr 2026 17:19
Daha 20 tələbəyə təqaüd veriləcək
02 Noyabr 2026 17:51
DİM-in şəxsi kabinetindən istifadə edənlərə vacib xəbərdarlıq
02 Noyabr 2026 15:25


Bakı -°C

