Sahibə Qafarova Cahit Bağçını qəbul edib
Milli Məclisin sədri Sahibə Qafarova yanvarın 24-də Türkiyənin Bakıdakı səfiri Cahit Bağçını Azərbaycanda diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Adalet.az xəbər verir ki, görüşdə qardaş ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb.
Spiker Sahibə Qafarova Boluda baş verən faciəvi yanğınla bağlı qardaş Türkiyə xalqına bir daha başsağlığı verib, bu faciə ilə əlaqədar Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşa da başsağlığı məktubu ünvanladığını, Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu bildirib.
Söhbət zamanı səfir Cahit Bağçının ölkəmizdə diplomatik fəaliyyəti dövründə qardaş ölkələrimiz arasında münasibətlərin daha da genişlənməsi istiqamətində səmərəli fəaliyyət göstərdiyi qeyd edilib.
Görüşdə Ümummilli Lider Heydər Əliyevin ifadə etdiyi kimi, "Bir millət, iki dövlət" şüarına söykənən Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin iki ölkənin prezidentləri cənab İlham Əliyevin və cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə daha da inkişaf etdiyi, bu gün dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan başqa ölkələr olmadığı vurğulanıb. Ölkələrimiz arasında müttəfiqliyin rəsmi ifadəsi olan Şuşa Bəyannaməsi ilə əlaqələrimizin yeni mərhələyə qədəm qoyduğu diqqətə çatdırılıb. Əlaqələrimizin daha da genişlənməsi və dərinləşməsi istiqamətdində parlamentlərimizin də rolu qeyd edilib. Qanunverici orqanlarımızın və deputatlarımızın bütün platformalarda bir-birini dəstəklədiyi, beynəlxalq təşkilatlarda ortaq mövqedən çıxış etdikləri ifadə olunub.
Səfir Cahit Bağçı göstərilən diqqətə və dəstəyə görə minnətdarlığını ifadə edərək, bundan sonra da Azərbaycan-Türkiyə qardaşlığı və müttəfiqliyi üçün əlindən gələn töhfəni verməyə hazır olduğunu bildirib.
Digər Xəbərlər
18 Dekabr 2025 22:53
Ermənistan–ABŞ işçi qrupunun Tramp layihəsi üzrə iclası: nələr müzakirə olundu?
18 Dekabr 2025 14:50
İlham Əliyev onları təltif etdi - SƏRƏNCAM
18 Dekabr 2025 13:26
Humanizm üzərində qurulan güclü dövlət - ŞƏRH
18 Dekabr 2025 12:35
Türkiyə S-400-ləri qaytarsa... - Azərbaycana lazımdırmı? - Səxavət Məmməd yazır
18 Dekabr 2025 12:17
“Azərbaycanın apardığı ağıllı siyasət Cənubi Qafqazı Rusiya təhlükəsindən...”
18 Dekabr 2025 11:52
İlham Əliyev Qətər Əmirinə məktub ünvanladı
18 Dekabr 2025 11:21
"Sülh müqaviləsinin Moskvada imzalanmasını nəinki Azərbaycan tərəfi...”
18 Dekabr 2025 10:32


Bakı -°C

