Sahibə Qafarova Monteneqroya getdi
Milli Məclisin sədri Sahibə Qafarova Aralıq Dənizi Parlament Assambleyasının Parlament Sədrlərinin 1-ci Sammitində iştirak etmək üçün Monteneqroya işgüzar səfərə gedib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Adalet.az-a verilən məlumata görə, Tivat Beynəlxalq Hava Limanında spiker Sahibə Qafarovanı Azərbaycanın Monteneqrodakı səfiri Kamil Xasiyev və digər rəsmi şəxslər qarşılayıblar.
Bildirilib ki, səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova Monteneqronun Budva şəhərində keçiriləcək Aralıq Dənizi Parlament Assambleyasının Parlament Sədrlərinin 1-ci Sammitində iştirak edəcək.
Vurğulanıb ki, Milli Məclisin sədrinin sammitdə çıxışı və bir sıra görüşləri nəzərdə tutulub.
Digər Xəbərlər
23 May 2026 10:12
ABŞ-İran arasında saziş imzalanması gözlənilir - Politoloq
23 May 2026 09:58
“Biz öz sərt üzümüzü ermənilərə 44 günlük müharibədə göstərdik”
23 May 2026 09:33
Dünya mediası WUF13-dən danışır - FOTOLAR
22 May 2026 17:49
Ömüralıyev Prezidenti təbrik etdi
22 May 2026 17:40
Elşən Musayev Prezident Administrasiyasında qəbul edilib
22 May 2026 16:32
Aqil Abbas: Uşaqpulunun verilməsinin tərəfdarıyam, vəssalam!
22 May 2026 15:28
“Ermənistanda seçki kampaniyasında nifrət və qütbləşmə dərinləşir”
22 May 2026 12:00


Bakı -°C

