adalet.az header logo
  • Bakı -°C
14 May 2026 09:49
83
SİYASƏT
A- A+

Sahibə Qafarova Özbəkistana GETDİ

Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə Azərbaycan parlament nümayəndə heyəti İkinci Asiya Qadınlar Forumunda iştirak etmək məqsədilə Özbəkistan Respublikasına səfərə gedib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Adalet.az-a verilən məlumata görə, səfər çərçivəsində Sahibə Qafarovanın İkinci Asiya Qadınlar Forumunun rəsmi açılış mərasimində çıxışı, həmçinin bir sıra ikitərəfli görüşləri nəzərdə tutulur.