Sahibə Qafarova plenar iclasda çıxış edib
Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 22-də Sankt-Peterburq şəhərində MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyasının 57-ci plenar iclasında çıxış edib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Adalet.az-a verilən xəbərə görə, spiker Sahibə Qafarova Parlamentlərarası Assambleya çərçivəsində əməkdaşlığın Birlik ölkələri üçün səmərəli tərəfdaşlıq mexanizminə çevrildiyini, bunun da müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətin inkişafına böyük töhfə verdiyini diqqətə çatdırıb.
MDB PA-çərçivəsində keçirdiyi görüşlərdə və çıxışlarında Prezident İlham Əliyevin xüsusi diqqəti və dəstəyi ilə Bakıda keçirilən COP29 haqqında geniş məlumat verən Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası Assambleyanın plenar iclasında bir daha bu mövzuya toxunub.
O, xatırladıb ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçirilən 29-cu sessiyası başa çatmaq üzrədir, COP29 çərçivəsində əldə olunan uğurlar beynəlxalq ictimaiyyətin bu məsələdə həmrəy və ardıcıl olacağına ümid yaradır.
Milli Məclisin sədri məlumat verib ki, iki gün davam edən görüş və yekun sənəd iqlim dəyişikliyi ilə mübarizədə bizim ümumi mövqelərimizin ifadəsi idi.
MDB Parlamentlərarası Assambleyasının öz fəaliyyətinin beynəlxalq istiqamətini fəal şəkildə inkişaf etdirdiyini söyləyən Milli Məclisin sədri əlavə edib ki, bu fəaliyyətin praktiki həyata keçirilməsi formalarından biri də 2024-cü ilin iyulunda Sankt-Peterburq şəhərində BRICS ölkələrinin Parlament Forumunun plenar sessiyasının keçirilməsi olub.
Çıxışında Sahibə Qafarova həmçinin vurğulayıb ki, Parlamentlərarası Assambleyanın əsas fəaliyyət istiqamətlərindən biri MDB üzvü olan dövlətlərdə keçirilən seçkilərlə bağlı monitorinq fəaliyyətinin həyata keçirilməsidir.
Çıxışda MDB PA-ya üzv dövlətlərin Demokratiyanın, parlamentarizmin və vətəndaşların seçki hüquqlarına əməl olunmasının inkişafının monitorinqi üzrə Beynəlxalq İnstitutun, o cümlədən onun 2007-ci ildən fəaliyyət göstərən Bakı filialının fəaliyyəti və töhfələri də diqqətə çatdırılıb.
Digər Xəbərlər
10 Noyabr 2026 13:44
Ceyhun Bayramov ona “Dostluq” ordenini təqdim etdi
10 Noyabr 2026 11:55
İlham Əliyev Ərdoğana başsağlığı verib
10 Noyabr 2026 11:33
“Atatürkün iqtisadi siyasəti və Keynsin iqtisadi nəzəriyyəsi”
10 Noyabr 2026 11:28
“Azərbaycan-Türkiyə ittifaqının güclənməsinə xidmət edir”
10 Noyabr 2026 10:17
"Türkiyə-Azərbaycan birliyi əbədidir!" - VİDEOÇARX
10 Noyabr 2026 09:32
XİN-dən Atatürkün anım günü ilə bağlı PAYLAŞIM
10 Noyabr 2026 00:26
Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 İL ÖTÜR
09 Noyabr 2026 21:09


Bakı -°C

