Sahibə Qafarova seçicilərlə görüşdü - FOTOLAR
Azərbaycan Respublikasının Milli Məclisinə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərdə 102 saylı Şəmkir şəhər seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi, VI çağırış Milli Məclisin sədri Sahibə Qafarovanın təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşləri davam edir. Növbəti görüş Şəmkir rayonunun Aşağı Seyfəli kəndində keçirilib.
Adalet.az xəbər verir ki, bu barədə yap.org.az məlumat yayıb.
Görüşü giriş sözü ilə açan Yeni Azərbaycan Partiyasının Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev Milli Məclisə seçkilərin keçirilməsi və Yeni Azərbaycan Partiyasının 102 saylı Şəmkir şəhər seçki dairəsindən namizədi Sahibə Qafarovanın fəaliyyəti haqqında tədbir iştirakçılarına məlumat verib.
Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyasının 102 saylı Şəmkir şəhər seçki dairəsindən namizədi, VI çağırış Milli Məclisin sədri Sahibə Qafarova seçiciləri səmimiyyətlə salamlayaraq, ölkəmizin çox mühüm ictimai-siyasi hadisə ərəfəsində olduğunu deyib.
O, sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərin əhəmiyyəti barədə danışıb, əminliklə bildirib ki, qarşıdan gələn parlament seçkiləri azad və demokratik mühitdə keçiriləcək və seçicilər öz istədikləri layiqli namizədə səs verəcəklər. Namizədliyinin Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürüldüyünü xatırladan Sahibə Qafarova diqqətə çatdırıb ki, Yeni Azərbaycan Partiyası(YAP) artıq seçki platformasını elan edib. Bu platformada əksini tapan hədəflər “Yeni dövrün yeni Azərbaycanının!” daha güclü, daha qüdrətli bir dövlət kimi uğurlu inkişafına töhfə verməkdir. Görüş iştirakçılarına cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi tarixi və möhtəşəm nailiyyətlər barədə məlumat verən Yeni Azərbaycan Partiyasının namizədi vurğulayıb ki, öz ərazi bütövlüyünü və suverenliyini təmin etmiş, sürətli iqtisadi inkişaf göstəriciləri əldə etmiş Azərbaycan, bu gün dünyanın qabaqcıl dövlətləri ilə bir sırada dayanır. Ölkəmizin və xalqımızın qarşısında duran bütün əsas problemlər öz həllini tapıb və xalqımız gələcəyə daha nikbin baxır.
Görüşdə çıxış edən seçicilər Milli Məclisə növbədənkənar seçkilərdə fəallıq göstərəcəklərini və Yeni Azərbaycan Partiyasının 102 saylı Şəmkir şəhər seçki dairəsi üzrə namizədi Sahibə Qafarovanı birmənalı olaraq dəstəkləyəcəklərini bildiriblər.
Digər Xəbərlər
26 Dekabr 2025 20:00
"Erməniəsilli şəxslərin azad olunmaları ilə bağlı qərarları bizə qəbul etdirmək mümkün deyil" - Nazir
26 Dekabr 2025 18:51
Patriarx Kirill İlham Əliyevi təbrik etdi
26 Dekabr 2025 18:23
Nazir "qara siyahı"ya salınan şəxslərin sayını açıqladı
26 Dekabr 2025 18:17
Prezident İrəvandakı konfransa qatılacaq? - AÇIQLAMA
26 Dekabr 2025 17:36
Milli Məclisin son iclasının gündəliyi açıqlanıb
26 Dekabr 2025 17:12
Azərbaycan minaların xəritəsini Ermənistandan israrla tələb edəcək
26 Dekabr 2025 16:19
Deputatlar gələn həftə tətilə çıxır
26 Dekabr 2025 15:25


Bakı -°C

