Sahibə Qafarova TÜRKPA-nın yeni Baş katibini qəbul edib

Milli Məclisin sədri Sahibə Qafarova TÜRKPA-nın Baş katibi Ramil Həsənin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə Adalet.az-a parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Qeyd olunub ki, eyni kökdən olan, ortaq milli-mənəvi dəyərləri bölüşən xalqlarımızın birlik və həmrəyliyinin gücləndirilməsi, qardaş ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli əlaqələrin, qarşılıqlı dəstək və birgə fəaliyyətin daha da möhkəmləndirilməsində türk əməkdaşlıq təşkilatları özünəməxsus rol oynayırlar. Bu sırada TÜRKPA çərçivəsində əməkdaşlığın dərinləşməsinin əhəmiyyəti vurğulanıb.
Diqqətə çatdırılıb ki, Milli Məclis bu təşkilat çərçivəsində fəaliyyətə böyük önəm verir.
Görüşdə bu təşkilatın qarşıdakı dövrdə də fəaliyyətinin səmərəli və məqsədyönlü həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
TÜRKPA-nın Baş katibi Ramil Həsən rəhbərlik etdiyi təşkilatın bundan sonra da fəaliyyətinin genişləndirilməsi, təşkilata üzv olan qardaş ölkələrin parlamentləri arasında əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində səylərini davam etdirəcəyini bildirib.
Digər Xəbərlər

Ceyhun Bayramov TÜRKPA-nın yeni baş katibi ilə görüşüb

Hikmət Hacıyev Almaniya XİN-in Dövlət katibi ilə görüşüb

Hikmət Hacıyev Almaniya kanslerinin müşaviri ilə görüşdü

Elnur Məmmədov Niderlandın xarici işlər nazirinin müavini ilə görüşüb

Azərbaycan və Macarıstan arasında siyasi məsləhətləşmələr aparılıb

ATƏT sədri: Minsk prosesinin fəaliyyəti dekabrın 1-dək ləğv ediləcək

İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrini qəbul etdi - YENİLƏNİB + FOTOLAR
