Şahin Şıxlinskinin oğlu DANIŞDI - VİDEO - YENİLƏNİB

Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski Yekaterinburqda şahid qismində dindirilib.
Adalet.az xəbər verir ki, “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski şahid qismində ifadə vermək üçün Sverdlovsk vilayəti üzrə İstintaq Komitəsinə aparılıb. Bu barədə Şahin Şıxlinskinin oğlu vəkil Mutvalı məlumat verib.
Onun sözlərinə görə, səhər saatlarında Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları həm atasını, həm də özünü saxlayıblar. Daha sonra Mutvalı azad edilib, Şahin Şıxlinski isə dindirilmək üçün İstintaq Komitəsinə aparılıb.
Mutvalı Şıxlinskinin fikrincə, saxlanılmanın səbəbi Yekaterinburqda iki azərbaycanlı qardaş - Səfərovların öldürüldüyü xüsusi əməliyyatla bağlıdır.
***22:00
Yekaterinburqda saxlanılan yerli Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski Səfərov qardaşlarına qarşı cinayət işi üzrə şahid kimi dindiirlib.
Adalet.az xəbər verir ki, bunu "RBK"ya onun oğlu Mutvali Şıxlınski bildirib.
O bildriib ki, təhlükəsizlik qüvvələri onu və atasını şəhər ətrafında maşın sürərkən saxlayıb, onlara silah tuşlayıb və avtomobilin şüşələrini sındırmağa başlayıblar.
Digər Xəbərlər

Rusiya Poltavaya zərbələr endirib - 2 ölü, 11 yaralı - YENİLƏNİB

Yekaterinburqda iş adamı Yunus Paşayevin öldürülməsinin təfərrüatları

Ermənistan parlamentində QALMAQAL

Hersoq İsrailin Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

ABŞ Kiyevi bütün növ silahlarla təchiz etməyi dayandırıb

Rusiyalı qız öz ölkəsindən çıxa bilmək üçün terror aktına cəhd etdi - VİDEO

Sadır Japarov Azərbaycana GƏLİR
