Sakit Okeanda yeni ekosistem kəşf edildi
Bəşəriyyətin yaratdığı ekoloji böhranlar və qlobal istiləşmə dünya okeanlarını təhdid etməkdə davam etdiyi bir dövrdə, Sakit Okeanın ən ucqar nöqtəsində insan əli dəyməmiş unikal ekosistem kəşf olunub.
Adalet.az xəbər verir ki, beynəlxalq alimlər qrupunun “Frontiers in Marine Science” jurnalında dərc olunan tədqiqatına görə, Marşal adalarındakı Bikar və Bokak mərcan atolları dünyada təbii təmizliyini qoruyub saxlayan nadir bioloji qoruqlardan biridir.
Havay Universitetinin dəniz ekoloqları insan məskunlaşmalarından yüzlərlə kilometr aralıda yerləşən bu atollarda təmiz tropik dəniz həyatını xəritələşdiriblər.
Sualtı nəqliyyat vasitələri və dərin dəniz kameralarından istifadə edən tədqiqatçılar atollar ətrafında 38 fərqli ailəyə aid 266 növ rif balığı müəyyən ediblər. Biokütlə ölçmələri göstərib ki, riflərin əsas yırtıcıları olan köpəkbalıqları ümumi balıq populyasiyasının 34 faizini təşkil edir. Mütəxəssislər bu mənzərəni insan müdaxiləsindən əvvəlki sağlam okean quruluşunun ən bariz sübutu adlandırırlar. Həmçinin 275 metr dərinliyə enən alimlər bölgədə elmə hələ məlum olmayan 14 yeni balıq növünü də qeydə alıblar.
Hər çətinliyə baxmayaraq, tədqiqatçılar qlobal istiləşmə səbəbindən dəniz suyunun temperaturunun yüksəlməsi və mərcanların ağarması təhlükəsinin bu ucqar adalara da təsir edə biləcəyini vurğulayırlar.
Bikar və Bokakdakı tədqiqatlarından sonra qrup ABŞ-nin ötən əsrin ortalarında nüvə sınaqları keçirdiyi Bikini Atoluna da baş çəkib. Oradakı dalışlar zamanı radioaktiv çöküntülər nəticəsində məhv olmuş ölü riflər və sıradan çıxmış dəniz həyatı Bikar və Bokakın qorunmasının nə qədər həyati əhəmiyyət daşıdığını bir daha göz önünə sərib.
Digər Xəbərlər
12 Noyabr 2026 10:02
Semeru bir gündə altı dəfə püskürüb
12 Noyabr 2026 09:24
Dünyanın danışdığı xəyanət qalmaqalı böyüyür - Tramp aylar əvvəldən xəbərdar imiş...
11 Noyabr 2026 22:14
Qalibaf: Tehran şərtlərini irəli sürüb, indi növbə Vaşinqtondadır
11 Noyabr 2026 17:30
Pakistanda 11 polis öldürüldü - 10-dan çox yaralı var
11 Noyabr 2026 16:34
Bolqarıstanda Avropa Komissiyasının prezidentinə yumurta atıldı
11 Noyabr 2026 16:01
Kim Çen In onu varisliyə hazırlaya bilər
11 Noyabr 2026 14:58
Netanyahu və Tramp telefon danışığında mübahisə ediblər
11 Noyabr 2026 14:54


Bakı -°C

