Salyanda narkotik vasitələrin satışı ilə məşğul olan iki nəfər saxlanılıb
Salyanda narkotik vasitələrin satışı ilə məşğul olan iki nəfər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaqda şübhəli bilinən rayon sakinləri Habil Məcidov və Əfqan İlyasov saxlanılıblar.
Həmin şəxslərin üzərinə keçirilən baxış zamanı narkotik maddə olan heroin aşkarlanıb.
Bundan əlavə, əməliyyat tədbirlərinin davamı olaraq H.Məcidovun idarə etdiyi nəqliyyat vasitəsinə və Ə.İlyasovun yaşadığı fərdi yaşayış evinə keçirilən baxış zamanı isə külli miqdarda psixotrop maddə olan metamfetamin, heroin, marixuana və elektron tərəzilər aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktlarla bağlı Salyan RPŞ-nin İstintaq Bölməsində cinayət işləri başlanılıb, hər iki şəxs barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.
Digər Xəbərlər
06 Noyabr 2026 17:00
Beynəlxalq axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya edildi
06 Noyabr 2026 14:35
Kameraları sındırıb oğurluq etdi - Saxlanıldı
06 Noyabr 2026 10:35
Cinayətdə şübhəli bilinən 67 nəfər tutuldu
06 Noyabr 2026 09:21
Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edildi
05 Noyabr 2026 12:38
DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edənləri saxladı
04 Noyabr 2026 18:00
Evli qadını şantaj edib pulunu aldı – Direktor müavininin gizli EŞQ DRAMI
04 Noyabr 2026 10:07
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanıldı
03 Noyabr 2026 17:07


Bakı -°C

