adalet.az header logo
  • Bakı -°C
27 Avqust 2026 11:58
57
HADİSƏ
A- A+

Salyanda qəbiristanlıqda Bakı sakininin meyiti tapıldı

Salyan rayonunda qəbiristanlıqda meyit tapılıb.

Adalet.az xəbər verir ki, hadisə dünən saat 14 radələrində baş verib.

Bakı şəhər sakini 1966-cı il təvəllüdlü Məzahir İbrahim oğlu Əliyevin meyiti Salyan şəhəri 20 Yanvar küçəsində yerləşən qəbiristanlıqda aşkar edilib.

Faktla bağlı araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.