Şamaxı-İsmayıllı yolunda 10-a yaxın avtomobil qəzaya düşdü - Xəsarət alanlar var

Şamaxı, İsmayıllı və Ağsu rayonları ərazisindən keçən yollarda bir neçə avtomobil qəzası baş verib.
Adalet.az APA-ya istinadən bildirir ki, bu ərazilərə yağan güclü qar, həmçinin duman və buz səbəbindən 10-a yaxın nəqliyyat vasitəsi sürüşərək bir-biri ilə toqquşub, yoldan çıxaraq aşıb, ağaca çırpılıb. Onlarla avtomobil hərəkət edə bilmədiyi üçün yolda qalıb, sürücülər və sərnişinlər yolların təmizlənməsini gözləyirlər. Şamaxı şəhəri ərazisində "NİVA" və "Mercedes Vita" markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər xəsarət alıb. Yaralılar Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hazırda yolların qardan təmizlənməsi işləri görülsə də, qar yağmaqda davam edir, nəqliyyatın hərəkəti yenidən çətinləşir.
Digər Xəbərlər

Şəki-Oğuz yolunda qəza - Ana və övladı xəsarət aldı

20 nəfərin xəsarət aldığı qəzadakı mikroavtobus qanunsuz işləyirmiş - Rəsmi

"4 gün əvvəl Şəfayət o evdən çıxmaq istəmişdi, mənə şübhəli gəlir" - VİDEO

Azərbaycanda DƏHŞƏTLİ QƏZA: 20 nəfər xəsarət aldı

Nuranə on il əvvəl də bənzər hadisədə xəsarət alıbmış - VİDEO

Balakəndə 20 mindən artıq abonent qazsız qalacaq

Azərbaycanda çəkildiyi iddia edilən fotolarla bağlı rəsmi açıqlama - FOTO
