adalet.az header logo
  • Bakı -°C
16 Fevral 2026 09:14
93
İDMAN
A- A+

"Şamaxı" "Turan Tovuz"a, "Qəbələ" "Sabah"a qarşı

Misli Premyer Liqasında XX tura bu gün yekun vurulacaq.

Adalet.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma keçiriləcək.

İlk olaraq "Şamaxı" "Turan Tovuz"u qəbul edəcək. Matç Şamaxı şəhər stadionunda, saat 14:30-da start götürəcək.

Meydan sahibləri 23 xalla 8-ci, rəqibindən bir oyun az keçirən qonaqlar 33 xalla 4-cü pillədə qərarlaşıb.

Turun son görüşündə "Sabah" səfərdə "Qəbələ" ilə üz-üzə gələcək. Bakı təmsilçisi 46 xalla vahid liderdir. Bölgə təmsilçisi 14 xalla onuncudur.

Misli Premyer Liqası

II dövrə, XX tur

16 fevral

14:30. "Şamaxı" – "Turan Tovuz"

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, İslam Məmmədov.

VAR: Rəvan Həmzəzadə.

AVAR: Emin Əliyev.

Hakim-inspektor: Şahin Cəfərov.

AFFA nümayəndəsi: Eldar Məmmədov.

Şamaxı şəhər stadionu

17:00. "Qəbələ" – "Sabah"

Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Şirmamed Mamedov, Rəşad Əhmədov.

VAR: Kamranbəy Rəhimov.

AVAR: Elvin Bayramov.

Hakim-inspektor: Babək Quliyev.

AFFA nümayəndəsi: Nəriman Axundov.

Qəbələ şəhər stadionu

Qeyd edək ki, turun əvvəlki matçlarında "Qarabağ" "İmişli"ni, "Zirə" "Karvan-Yevlax"ı, "Araz-Naxçıvan" "Sumqayıt"ı 1:0, "Neftçi" isə "Kəpəz"i 3:1 hesabı ilə məğlub edib.