adalet.az header logo
  • Bakı -°C
28 Fevral 2026 09:16
88
HADİSƏ
A- A+

Şamaxıda yenə zəlzələ oldu - YENİLƏNİB

Şamaxıda yenidən zəlzələ olub.

Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Təkanlar yerli vaxtla saat 08.31-də Pirqulu stansiyasından 23 km cənub-qərbdə qeydə alınıb.

Yerin 13 km dərinliyində yerləşən zəlzələ ocağının maqnitudası 3 olub və təkanlar hiss olunmayıb.

***08:51

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Pirqulu stansiyasından 23 km cənub-qərbdə Şamaxı rayonunda zəlzələ qeydə alınıb.

Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Yerin 13 km dərinliyində yerləşən zəlzələ ocağının maqnitudası 3,8 olub.

Zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

*** (05:06)

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Pirqulu stansiyasından 23 km cənub-qərbdə, Şamaxı rayonunda zəlzələ qeydə alınıb.

Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.