Samir Nuriyev: Ulu öndərin zəngin quruculuq irsi bütün sahələri əhatə edir
Heydər Əliyevin zəngin yaradıcılıq və quruculuq irsi bütün sahələri əhatə edir, tərəqqinin, müsbət fundamental transformasiyaların təməlini təşkil edir və gələcək inkişaf üçün alternativsiz, istiqamətverici vektor rolunu oynayır.
Adalet.az xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyevin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı məqaləsində yer alıb.
Qeyd olunub ki, XX əsrin ikinci yarısı – XXl əsrin əvvəlində Azərbaycanın idarəçilik sükanını əlinə alan və onu inamla, uzaqgörənliklə gələcəyə doğru aparan belə bir şəxsiyyət xalqımızın Ümummilli Lideri Heydər Əliyev olmuşdur: "Heydər Əliyev Azərbaycan tarixində dövlətçilik ənənələrinin, milli dirçəlişin güclənməsinə əvəzolunmaz töhfələr vermiş və müasir idarəçiliyin əsaslarını yaratmış görkəmli dövlət xadimidir.
Onun fəaliyyəti uzaqgörən liderlik, güclü idarəçilik və milli maraqlara əsaslanan strateji düşüncə ilə səciyyələnmişdir. Ulu Öndər bütün siyasi fəaliyyəti boyunca Azərbaycanın sosial-iqtisadi inkişafını, dövlət müstəqilliyinin möhkəmləndirilməsini və milli ideologiyanın formalaşmasını əsas prioritet kimi müəyyən etmiş, bununla da ölkənin gələcək inkişaf modelinin konseptual əsaslarını yaratmışdır".
S.Nuriyev bildirib ki, Ulu Öndərin fəaliyyəti mərkəzində müstəqil, güclü, dayanıqlı və müasir dövlətin formalaşması amalı dayanan ardıcıl və məqsədyönlü quruculuğun bariz nümunəsidir: "Onun müəyyən etdiyi dayanıqlı inkişaf xətti konkret zaman çərçivəsi ilə kifayətlənməmişdir. Ümummilli Lider xalqın dövlətçilik təfəkkürünü və mənəvi dəyərlərini inkişaf etdirən, zənginləşdirən və istiqamətləndirən, eyni zamanda, gələcək onilliklərin çağırışlarını qabaqcadan görən, onu sanki bir memarlıq layihəsi kimi qiymətləndirən və bu layihənin reallığa çevrilməsi üçün dayanmadan çalışan dahi rəhbər və güclü ideoloq olmuşdur".
Digər Xəbərlər
12 May 2026 20:28
Prezident WUF13 ilə bağlı videoçarx PAYLAŞDI
12 May 2026 19:03
İlham Əliyev Şahbaz Şəriflə telefon danışığı apardı
12 May 2026 18:33
Azərbaycan və Yunanıstan arasında siyasi məsləhətləşmələr keçirilib
12 May 2026 17:47
Rossbax İlham Əliyevə minnətdarlığını bildirib
12 May 2026 15:43
Prezident WUF13 ilə bağlı görülən işlərlə tanış oldu - FOTOLAR
12 May 2026 12:57
Daxili işlər nazirinin müavini Milli Məclisdə hesabat verib - YENİLƏNİB
12 May 2026 12:08
Əli Əsədov BP-nin nümayəndə heyəti ilə görüşüb
12 May 2026 11:57


Bakı -°C

