“Ermənistanda keçiriləcək paradda komik səhnələr istisna deyil...”
“Mayın 28-də Ermənistanda hərbi parad keçiriləcək. Hazırlıq başlayıb. Yəqin ki, Fransa E.Makron və onun Ermənistana verdiyi az sayda silahların bir neçəsi paradda iştirak edəcək”.
Adalet.az xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev deyib.
O, bu haqda bir neçə məsələnin onu maraqlandırdığını bildirib:
“1.Hərbprezidentii parad son illər ərzində dəfələrlə döyüş meydanında məğlub olan və 4 dəfə kapitulyasiya aktı imzalayan ordunun nəyinə və harasına yaraşır?
2.Hərbi paradda 30 illik işğal, talan və vandalizm tarixinə malik erməni ordusu ictimaiyyətə necə təqdim ediləcək?
3.Hərbi paradda diktor Ermənistan ordusunun hansı yadda qalan fəaliyyətlərini qeyd edəcək?
4.Ermənistan hərbi sahədə ənənəvi olaraq Rusiya, Fransa, Hindistan və İran ilə əməkdaşlıq edib və ya edir. Odur ki, bu paradda komik səhnələr istisna deyil.
5.Ermənistan rəhbərliyinin məğlub ordunu təbliğ etmək niyyəti aşkar şəkildə görünür, amma bunun üçün avtobusda özgə hesabına gəzmək kimi ucuz videolar paylaşmaq fayda verməz.
6.Ordu yalnız və yalnız Qələbəsi ilə təbliğ oluna bilər, odur ki, məğlub erməni ordusunun hərbi paradı yerli əhali tərəfindən kəskin etirazlara səbəb olacaq. Əgər parad zamanı fors major və ya komik bir hu vəziyyət yaranarsa, bu etirazları daha da kəskinləşdirəcək.
7.Hərbi parad Əsgərin döyüş meydanında mütləq Qələbəsi ilə müşaiyət olunanda siyasi və hərbi əhəmiyyət daşıyır”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
12 May 2026 20:28
Prezident WUF13 ilə bağlı videoçarx PAYLAŞDI
12 May 2026 19:03
İlham Əliyev Şahbaz Şəriflə telefon danışığı apardı
12 May 2026 18:33
Azərbaycan və Yunanıstan arasında siyasi məsləhətləşmələr keçirilib
12 May 2026 17:47
Rossbax İlham Əliyevə minnətdarlığını bildirib
12 May 2026 15:43
Prezident WUF13 ilə bağlı görülən işlərlə tanış oldu - FOTOLAR
12 May 2026 12:57
Daxili işlər nazirinin müavini Milli Məclisdə hesabat verib - YENİLƏNİB
12 May 2026 12:08
Əli Əsədov BP-nin nümayəndə heyəti ilə görüşüb
12 May 2026 11:55


Bakı -°C

