"Samsung" istifadəçiləri təbil çalır - Telefonlarda onları izləyən proqram var?
"Samsung" smartfon istifadəçiləri cihazlarda öncədən quraşdırılmış "AppCloud" adlı tətbiqindən narahatdırlar.
Adalet.az "PhoneArena" portalına istinadən xəbər verir ki, bu tətbiq cihazlardan silinə bilmir - onu tam şəkildə silmək zəmanətin itirilməsinə səbəb ola bilər.
Üstəlik, "AppCloud" genişləndirilmiş sistem səlahiyyətlərinə malikdir. Məlumata əsasən, "AppCloud" İsrailin "ironSource" şirkəti tərəfindən hazırlanıb və daha sonra ABŞ-nin Unity korporasiyasının tərkibinə daxil olub.
"Samsung"un rəsmi resurslarında isə tətbiqin funksiyası və iş prinsipi barədə geniş izah verilməyib. İstifadəçiləri ən çox narahat edən məsələ toplanan məlumatların həcmi olub. Tətbiq barmaq izi kimi biometrik məlumatlara, IP-ünvana və geolokasiyaya, həmçinin istifadəçinin açıq icazəsi olmadan daxil ola bilir. Mənbə iddia edir ki, "AppCloud" gizli şəkildə təsdiqlənməmiş proqramlar quraşdırmaq imkanına da malikdir. Tətbiqi tam silmək mümkün deyil - hətta silindikdə belə "One UI" yeniləmələri ilə birlikdə yenidən bərpa olunur.
Parametrlərdən deaktivasiya da problemi həll etmir: "AppCloud"un bəzi prosesləri arxa planda işləməyə davam edir. Ekspertlər bunun böyük ehtimalla casus proqram deyil, istifadəçi davranışını analiz edən marketinq platforması olduğunu düşünürlər. Lakin tətbiqin iş mexanizminin qeyri-şəffaflığı artıq bir sıra ölkələrdə diqqət çəkib və "Samsung"dan rəsmi açıqlama tələb olunub./Unikal
Digər Xəbərlər
02 Mart 2026 11:27
“Bakcell” müştəri xidmətlərində rəqəmsallaşmanı genişləndirir
27 Fevral 2026 14:05
Azərbaycanda bütün dövlət xidmətləri "Mygov"la göstəriləcək
27 Fevral 2026 11:39
Hər gün dövlət informasiya sistemlərinə qarşı DDoS hücumlar edilir
26 Fevral 2026 12:29
Selçuk Bayraktarın sərvəti açıqlandı
25 Fevral 2026 18:21
Yaponiyada uçan avtomobilin ilk sınağı keçirildi
24 Fevral 2026 13:29
Evdə internet sürətinin ölçülməsi zamanı provayder adlarının fərqli görünməsi nə ilə bağlıdır?
24 Fevral 2026 11:56
"Telegram"ın təsisçisi terrorizmə kömək etməkdə şübhəli bilinir
19 Fevral 2026 15:21


Bakı -°C

