Hər gün dövlət informasiya sistemlərinə qarşı DDoS hücumlar edilir
Demək olar ki, hər gün dövlət informasiya sistemlərinə qarşı DDoS hücumları qeydə alınır və mərkəzləşdirilmiş müdafiə mexanizmləri ilə zərərsizləşdirilir.
Adalet.az xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) İdarə rəisi Nadir Novruzov bildirib.
Onun sözlərinə görə, 2025-ci ildə 1 Gbps və daha yüksək həcmli 18 güclü DDoS hücumu aşkarlanaraq qarşısı alınıb.
“Hücumlar mərkəzi avadanlıqlar vasitəsilə filtrasiya olunduğundan dövlət qurumlarının sistemlərində xidmət fasilələri yaranmayıb. Dövlət qurumlarına yalnız təmizlənmiş trafik ötürülür və hücumlar istifadəçilər tərəfindən hiss olunmur.
Dövlət qurumlarına qarşı yönəlmiş fişinq və APT hücumların aşkarlanması üçün mərkəzləşdirilmiş mexanizmlər tətbiq edildiyini deyən idarə rəisi onu da əlavə edib ki, ötən il ərzində 850-yə yaxın APT indikatoru aşkarlanaraq bloklanıb: “Onlardan 372-si XRİTDX-nin analitikləri tərəfindən müəyyən edilib, 478 indikator isə dövlət qurumlarından daxil olan məlumatlar əsasında zərərsizləşdirilib. “BlackRiskWatch” platforması vasitəsilə fişinq saytları, saxta resurslar və hücum indikatorları ictimaiyyətə açıq şəkildə paylaşılır. Bu platforma dövlət və özəl sektor tərəfindən inteqrasiya üçün istifadəyə açıqdır. 2025-ci ildə dövlət qurumları adından yaradılmış 40 saxta domen aşkarlanaraq bloklanıb”, - deyə idarə rəisi əlavə edib.
Digər Xəbərlər
20 May 2026 11:38
“Bakcell”in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
19 May 2026 17:14
Azərbaycan süni intellekt və data mərkəzləri üzrə regional hab olmağı hədəfləyir
08 May 2026 09:18
İnstaqram bu funksiyanı ləğv etdi
06 May 2026 10:48
“Bakcell” “Spark@LANDAU” proqramının innovasiya tərəfdaşıdır - FOTOLAR
04 May 2026 17:12
Dövlət qurumlarının rəqəmsal layihələrdə sərbəstliyi məhdudlaşdırılır
30 Aprel 2026 11:13
“Texnoloji çağ internet inqilabı ilə başladı”
27 Aprel 2026 12:41
TikTok gənclərin düşüncə tərzini necə dəyişir?
23 Aprel 2026 16:49


Bakı -°C

