Azərbaycan süni intellekt və data mərkəzləri üzrə regional hab olmağı hədəfləyir
Azərbaycan süni intellekt və data mərkəzləri sahəsində regional hab kimi mövqeyini gücləndirməyi planlaşdırır.
Adalet.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) bildirib.
Onun sözlərinə görə, Qafqaz, Mərkəzi Asiya və qonşu bazarlarda data mərkəzlərinə tələbat təxminən 850 meqavat həcmində qiymətləndirilir, halbuki mövcud regional təklif cəmi 30 meqavat təşkil edir.
“Bu isə Azərbaycan üçün böyük imkan yaradır. Ölkənin üstünlükləri sırasında 2 giqavatdan artıq enerji gücü, inkişaf mərhələsində olan 10 giqavatlıq yaşıl enerji layihələri, rəqabətqabiliyyətli elektrik tarifləri, tam fiber-optik şəbəkə əhatəsi və Avropanın əsas internet mübadilə nöqtələrinə çıxış yer alır. Uzunmüddətli perspektivdə Azərbaycanda 30-50 min GPU yerləşdirilməsi nəzərdə tutulur və bu istiqamətdə aparıcı qlobal texnologiya şirkətləri ilə müzakirələr aparılır”, - deyə Samir Məmmədov əlavə edib.
Digər Xəbərlər
12 Iyun 2026 15:43
Dövlət və özəl qurumların adından fişinq mesajları göndərilir -XƏBƏRDARLIQ
11 Iyun 2026 18:31
Bakcell “Signature Gala Night” tədbirinin tərəfdaşı oldu
08 Iyun 2026 16:59
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib
06 Iyun 2026 19:18
Titotto: "Ağıllı şəhər"lər "ağıllı" materiallara ehtiyac duyur
06 Iyun 2026 17:27
Apple ChatGPT-ni batırır - SİRİ-yə yenilik gəlir
05 Iyun 2026 09:16
“Süni intellektin insanı sürətlə alətə, vasitəyə çevirmək təhlükəsi...”
03 Iyun 2026 16:13
“Bakcell”in dəstəyi ilə boolood İçərişəhərin əsrlərə şahidlik edən qala divarları önündə
01 Iyun 2026 16:37


Bakı -°C

