"Sanki bu ölkədə saxta diplom alan yalnız müəllimlərdir" - Deputat
"İnkişaf etmiş dövlətlərin hamısının tarixində təhsil səfərbərliyi olub. Qazandığımız qələbələrdən sonra təhsil səfərbərliyi keçirməliyik".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən sonuncu plenar iclasında deputat Fazil Mustafa deyib.
Deputat bildirib ki, Dövlət İmtahan Mərkəzinin verdiyi statistik rəqəmə görə, təhsil-tədris predmetini mənimsəmə faizi orta statistik abituriyentin 29-43 faizini əhatə edir:
"İnkişaf etmiş ölkələrdə bu göstərici 70 faizə yaxındır. Təhsilimizin vəziyyəti bu faktdan kifayət qədər görünür. Sertifikasiya keçirilir, müəllimlərin müəyyən dərəcədə çeşidlənməsi baş verir. Sanki bu ölkədə saxta diplom alan yalnız müəllimlərdir. Zəif bənd kimi müəllimlər tapılıb. Müəllimlərin sosial vəziyyəti ilə maraqlansaq, bir çox müəllimin imtahana hazırlaşmaq imkanı yoxdur. Sertifikasiya imtahanlarının keçirilməsində xeyli qeyri-müəyyənliklər var. Belə ki, 0-29-a qədər təkmilləşməyə ehtiyacı olanlar, 30-dan 50-yə qədər isə qənatbəxş olanlar götürülür. 30-50 arasında böyük məsafə var. Burada dəyişiklik olmalı, 40-dan 50-yə qədər bal toplayanlara 20 faiz əməkhaqqının artırılması tətbqi olunmalıdır".
Digər Xəbərlər
20 Aprel 2026 20:00
Yuri Qusev Azərbaycana təşəkkür edib
20 Aprel 2026 19:33
Azərbaycan-Türkiyə hərbi təhsil sahəsində inkişaf perspektivləri müzakirə olunub
20 Aprel 2026 18:41
Milli Məclisdən Belçika və Niderlandın qərəzli qərarlarına ETİRAZ
20 Aprel 2026 18:00
Azərbaycan Belçika və Niderlanda NOTA VERDİ
20 Aprel 2026 17:30
Əli Əsədov yenidən məmurları topladı
20 Aprel 2026 17:18
Bayramov BMT rəsmisi ilə görüşdü - YENİLƏNİB
20 Aprel 2026 17:01
“İlham Əliyev bu xüsusiyyətlərin hamısını özündə cəmləşdirən siyasi liderdir”
20 Aprel 2026 11:30


Bakı -°C

