28 Mart 2025 17:06
512
MƏMLƏKƏT

Sarıcalıya ilk mərhələdə 203 ailənin köçürülməsi planlaşdırılır

Ağdam rayonunun Sarıcalı kəndinə birinci mərhələdə 895 nəfərin (203 ailə) köçürülməsi planlaşdırılır.

Adalet.az xəbər verir ki, Sarıcalı kəndində artıq 203 fərdi ev inşa olunub.

Evlər iki, üç, dörd və beşotaqlıdır. Məskunlaşdırılacaq əhalinin gələcək sayı nəzərə alınaraq, kəndin salınmasının birinci mərhələsi üçün 54 hektar torpaq sahəsi ayrılıb.

Xatırladaq ki, martın 27-də Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Sarıcalı kəndində yeni inşa edilmiş fərdi yaşayış evlərində yaradılan şəraitlə tanış olublar.