RƏNDƏ, “BALACA USTA” VƏ BALACA OĞLAN - Əlisəfdər HÜSEYNOV yazır

(xatirə- hekayə)
Həyətlərində işləyən o biri ustalara nisbətən boyu balaca, yaşı da az olduğundan öz-özlüyündə “balaca usta” adlandırdığı gənc oğlan əlindəki rəndəni məngənəyə qoyulmuş taxtanın ustündə cani-dildən irəli-geri sürüşdürdükcə rəndənin “gözündən” ilan kimi sivrilib çıxan yonqar parçaları bir az aralıda gilas ağacının gövdəsinə sığınmış, ağzını açaraq gizlincə bu mənzərəyə göz qoyan 6 yalı oğlan uşağının içindəki sevincin üstünə bir tikə də sevic gətirirdi - həm təzə yonqarın iyi, həm də axşam ustalar gedəndən sonra yonqar topasınn içində atlanıb-düşmək o işağın cox xoşuna gəlirdi. İndi də gözləyirdi ki, usta işini bitirsin və o da öz sevimli əyləncəsinə başlasın.
Balaca usta isə qayğı içində idi: 13 metr uzunu, 4 metr eni olan eyvanın döşəməsi olacaq taxtaları rəndələyib eyni qaınlığa gətirməli, səthlərini şüşə kimi hamarlamalı idi axı. Özü də belə isti havada…
Qəfildən başını qaldırıb deysən öz həyətlərindən başqa hələ ki heç haranı görməyən bu manpax, utancaq uşağı görəndə ustanın içndə elə bil nə isə bir işıq yandı, dodaqlarına təbəssüm qondu. İşinə ara verib qolu ilə alnındakı təri silərək dedi:
- Ağzını yum da…Qorxmursan ora milçək girər?
Uşaq utanıb qızarsa da, qımışdı, balaca ustanın bu zarafatı onun xoşuna gəldi…
Balaca usta sağ tərəfdə üst-üstə yığılmış rəndələnəcək kor-kobud taxtalara göz qoyub astadan dedi:
- Gör hələ nə qədər qaIlb ey!
“Qoy çox qalsın, əmi. Mən istəmirəm sən burdan tez gedəsən” - deyə uşaq ürəyində öz-özünə pıçıldadı.
Balaca usta yenə də üzünü uşağa tutub soruşdu:
- Bura bax, sən böyüəndə kim olmaq istəyirsən?
Uşaq cavab verə bilmədi və verə də bilməzdi, çünki kim olacağı bir yana, heç nə vaxtsa böyüyə biləcəy belə ağlına gəlmirdi.
- Yaşına görə yaxşı bədənin var. Lap pəhləvana oxşayırsan. Bax, qulağında sırğa elə - kim olursan ol, amma mənim kimi rəndəçəkən olma ha. İş deyil bu.
Uşaq onun nə demək istədiyni təbii ki, başa düşmədi. “Niyə axı? Rəndə ilə taxta yonmaqdan yaxşı iş ola bilər?”.
Sonra usta gözlərini uşağın üzünə zilləyib gülə-gülə dedi:
- Bilirsən, gəl sən böyüyəndə o qəzet, kitab yazanlar var ey, onlardan ol, sadə adamların dərd-sərini qəlımə al, lap elə məndən yaz.
Bunu deyib ürəkdən güldü və elə gülə-gülə də özünün qoşduğu şeri dedi:
Pəhləvan oğlan,
Çəpərdən boylan.
Qızlar görsünlər,
Dərddən ölsünlər…
Həyətə şən gülüş səsi yayıldı…
- Yaxşı, fasilə bitdi. Get mənə bir stəkan səri su gətir, pəhləvan oğlan. Ciyərim yanır.
Yenə rəndə işə düşdü və uşaq yerindən götürülüb su dalınca köhnə evlərinə qaçdı…
Vaxt yetdi, vədə yetişdi, həmin taxtaların hamısı rəndələnib eyvanın döşəməsinə düzüldü və o uşağın da yonqar sevincinə bununla son qoyuldu. Amma balaca usta həssas adam imiş, sağollaşıb gedəndə rəndələrindən birini uşağa uzadıb dedi:
- Götür, sənə bağışlayıram. Nə vaxtsa yazan-filan olsan, ondan da bir şey yazarsan…Bax, amma rəndəçəkən olma ha…
Uşaq yaşarmış gözlərini gah əlindəki rəndəyə, gah da balaca ustaya dikib bilmədi nə desin..
…O uşaq mən idim - indi həmin rəndəyə baxa-baxa onun yonub hamarladığı taxtaların üstündə dayanib xəyalən 60 il əvvələ qayıdan mən.
Sən demə, bəzən adi bir əşyanın yaddaşı insanın yaddaşından daha güclü, daha etibarlı olurmuş.
Sənin xahişini 60 ildən sonra yerinə yetirdim - o rəndəni ata evinin zirzəmisindən tapandan sonra...
Bağışla, balaca usta!...