Şabranda sürüşmə fəallaşıb, evlər təhlükə altındadır - VİDEO
Şabran şəhərində, Şabrançayın kənarında torpaq sürüşməsi təhlükəsi sakinləri çətin vəziyyətdə qoyub. Çay kənarında sürüşmə fəallaşıb, evlər təhlükə altındadır.
Adalet.az Xəzər TV-yə istinadən bildirir ki, sakinlər deyirlər ki, 6 ay əvvəl selin yaratdığı fəsadlar hələ də qalır.
Güclü axın bir neçə yaşayış evinin divarlarını yuyub, dağıdıb, bəzilərinin isə tamamilə uçmasına səbəb olub. Hazırda da çayın kənarları uçaraq evlərə yaxınlaşır.
Vətəndaşlar bildirirlər ki, güclü seldən 6 ay keçməsinə baxmayaraq, ciddi tədbirlər görülməyib.
Şabran Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən isə bildirilib ki, problemin həlli üçün texnikalar cəlb olunub, işlər aparılır.
Sakinlərdə qısamüddətli tədbirlərlə problemin tam həll olunacağına inam azdır. Onlar güclü yağışlardan sonra təhlükənin yenidən böyüyə biləcəyindən narahatdırlar.
Daha ətraflı videomaterialı təqdim edirik.
Digər Xəbərlər
28 Noyabr 2025 09:14
Daha 33 ailə doğma yurda qayıdır
27 Noyabr 2025 22:37
Leyla Əliyeva Xanbulanda - VİDEO
27 Noyabr 2025 17:15
Vilayət Eyvazov sıra baxışı keçirib - FOTO
27 Noyabr 2025 12:31
Sabah 17 dərəcə isti olacaq
27 Noyabr 2025 12:17
Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlandı
27 Noyabr 2025 12:03
"Bakubus"ın ilk qadın sürücüləri sükan arxasında - VİDEO
27 Noyabr 2025 11:15
“Turizm enerji sektorundan sonra ölkəyə ən çox valyuta gətirən sahədir...”
27 Noyabr 2025 10:45


Bakı -°C

